Biliç: "Azarkeşlərə çox şey vəd edə bilərəm"

05.07.2013 | 5632 dəfə oxunub

"Beşiktaş" klubu yeni mövsümün hazırlıqlarını Almaniyada davam etdirir. Stadium.az xəbər verir ki, "Qara qartal"ın yeni baş məşqçisi Slaven Biliç hazırlıq prosesinin gedişatı ilə bağlı mətbuat konfransı keçirib. Tədbir zamanı xorvat mütəxəssis transfer çalışmaları ilə bağlı da sualları cavablandırıb: "Bəlkə də geniş şəkildə açıqlama verməyim üçün çox erkəndi. Lakin ilk günlərdən əmin oldum ki, "Beşiktaş" həqiqətən də böyük klubdur. Komandanın azarkeşlərinə çox şey vəd edə bilərəm. Burada uğur qazanmaq istədiyimi də söyləmişdim. Təlim-məşq prosesinin gedişatından, qaldığımız oteldən, bir sözlə bizim üçün yaradılan şəraitdən tam razıyam. Gileylənmək üçün heç bir əsasım yoxdur. Oyunçular da məşqlərdə yaxşı təsir bağışlayırlar. Bilirəm ki, əla azarkeşlərimiz var və onlar bizdən böyük uğurlar gözləyirlər. Hazırda komandada heç bir problem yoxdur və bütün gücümüzlə, dayanmadan çalışırıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail