"Skenderbeu"nun hücumçusu: "Bu, "Neftçi"nin potensialını göstərir"

08.07.2013 | 4715 dəfə oxunub

"Skenderbeu"nun xorvat hücumçusu Pero Pejiç Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun haqda danışıb. Stadium.az xəbər verir ki, Pejiç "Neftçi"nin güclü komanda olduğunu deyib: "ÇL-dəki rəqibimiz "Neftçi" haqda heç bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, rəqibimiz çox güclü komandadır. İnternetdən aldığım məlumata görə, "Neftçi" hollandiyalı futbolçuya təxminən 2 milyon avro pul xərcləyib. Bu, onların potensialını göstərir. Ancaq biz də meydana çıxaraq öz oyunumuzu oynayacağıq. Bilirik ki, Bakıya gedərək bacardığımızın 120 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, səfərdə qol vura bilsək, mərhələ keçmək şanslarımız böyük olacaq".

Qeyd edək ki, 2012-ci ildən Albaniya çempionunun şərəfini qoruyan xorvat forvard 23 oyunda 12 qol vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail