Klublarımız futbolçuların oruc tutmasına qadağa qoyacaqmı?

08.07.2013 | 3968 dəfə oxunub

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli ən müqəddəs ay hesab edilir. Onu məcazi mənadaon bir ayın sultanıda adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Bu gecəleylət al-Qadr” – qüdrətli, əzəmətli gecə adlanır

Orucluq ayı 29-30 gün davam edir günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək s. olmaz. Bunlar yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlara şamil olunmur. Bəs futbolçulara necə? Əslində onlar da sağlam insanlar kimi oruc tutmalıdılar. Lakin komandalarımızın bir hissəsinin Avrokuboklardakıoyunlara hazırlıqları, digərlərinin isə təlim-məşq toplanışlarında olması başqa səbəblər onların oruc tutmasına mane ola bilərmi? ya klublarda oruc tutan futbolçulara qadağa qoyulubmu? Bu məqsədlə, bir neçə klubun nümayəndəsi ilə əlaqə saxladıq.

Vaqif Sadıxov (AZAL-ın baş məşqçisi): Ramazan ayı müqəddəs aydı, oruc tutmaq, namaz qılmaq isə hər bir müsəlmanın borcudu. Ö cümlədən, mənim . Ramazan ayında oruc tutacam. Futbolçularımıza gəlincə, demək olar ki, yarısı namaz qılan uşaqlardı. Legionerlər haqqında bir söz deyə bilmərəm. Amma əvvəl bizdə oynamız Zohair Benouahi əsl müsəlman kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirdi. Ümumiyyətlə, bu işə bir qədər həssas yanaşmağa çalışıram. İndiyə kimi bu halla dəfələrlə qarşılaşmışam. Hətta, “Anji işləyərkən, orada futbolçulara müsəlman legionerlərə oruc tutmaları üçün hər şarait yaradılırdı. AZAL-dada eynidi. Çalışıram ki, məşqləri ya səhər tezdən, ya da axşamüstü iftara az qalmış təyin edim. Belədə oruc tutanlar üçün bir qədər rahat olur”.

Müşfiq Qəmbərov (“Rəvan”ın məşqçisi): “Komandada yerli futbolçuların əksəriyyəti namaz qılır, dinimizin tələblərini yerinə yetirirlər. Oruc tutmalarına heç bir qadağa qoyulmayıb. Əksinə, klub rəhbərliyi məşqçilər korpusu futbolçuların oruc tutması üçün onlara lazım olan hər şəraiti yaratmağa hazırdı. İyulun 15- Sloveniyaya təlim-məşq toplanışına gedəcəyik. Ola bilər ki, oruc tutanlar səfərlə bağlı oruclarını təxirə salarlar. İslamda da belə bir qayda varsəfərdə olanlar oruc tutmaya bilərlər. Amma bu, futbolçuların şəxsi işidi “.

Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “Ramazan ayında “Xəzər Lənkəran”da oruc tutan xeyli adam var. Komandanin rəisi, masajcı, tərcüməci, inzibatcı mən. Hamımız dini borcumuzu yerinə yetirməliyik. Futbolculara gəlincə isə, bilirəm ki, Elnur Abdullayev, Tounkara, Kamran Abdullazadə namaz qılır. Amma Ramazan ayında oyunlarımızın sıx qrafiki olduğu üçün  futbolcuların hansı qərar verəcəyini bilmirəm. Hər halda məcburiyyət yoxdu. Amma oyun günləri yəqin ki, istisnalar olacaq”. 

Səbuhi Məmmədov (“İnter”in KİV departamentinin rəhbəri): “Əvvəla, bütün xalqımızı müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Allah hamının orucunu qəbul eləsin. “İnterə gəlincə isə, komandada namaz qılan, oruc tutan futbolçular az deyil. Hətta legionerlərdən Brüs Abdulayenin müsəlman olduğu hamıya məlumdu. Futbolçular arasında oruc tutmaq istəyənlərə hörmətlə yanaşırıq, onlar üçün heç bir qadağa yoxdu. İstər klub rəhbərliyi, istərsə baş məşqçi Kaxaber Sxadadze tərəfindən. Sxadadze özü dindar bir insandı. Oğlu ilə birlikdə xristian dininin bütün qayda-qanunlarına əməl edirlər. Hətta xristianların Pasxa bayramında bizim oruc tutmağa bənzər ayinləri var. Doğrudu, su içir, yemək yeyirlər, amma qida rasionunda ət məhsulları olmur. Öz dininə hörmətlə yanaşan insanın müsəlman futbolçuların oruc tutmasına müsbət yanaşacağına onlara müəyyən güzəştlər edəcəyinə əminəm”.

Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Komandada xeyli sayda dindar uşaqlar var. Futbolçulara qarşı heç bir qadağa qoyulmayıb, əksinə klub rəhbərliyi tərəfindən onların orcu tutmaları üçün hər bir şərait yaradılıb. Ötən il Kayseridə təlim-məşq toplanışında olduğumuz vaxt Ramazan ayına təsadüf etmişdi. Komandanın baş məşqçisi əcnəbi olsa da, adət-ənənələrimizdən xəbərdar idi. Məşqləri uyğun vaxta təyin etmişdi. Səhər tezdən hava isinməmiş birinci məşq olurdu. Axşam məşqçi isə iftara yarım saat qalmış başa çatırdı. Bu il belə olacaq. Komanda ayın 15- Gürcüstana təlim-məşq toplanışına yollanacaq. İndidən məşq qrafikini müəyyən etmişik ki, oruc tutanlar üçün çətinlik yaranmasın. Səhər məşqləri 9-un yarısı başlayacaq. Axşam məşqləri isə saat 9-a təyin olunub. Yəni, rəhbərlik işlərə həssas yanaşır. Bundan başqa, hər il Ramazan bayramındaSumqayıtiftar süfrəsi təşkil edir. İftar süfrəsinə futbolçular, idman şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunurlar. Təəssüf ki, ötən il Kayseridə olarkən şəraiti ilə bağlı oruc tuta bilmədim. Bütün günü ayaq üstə olmaq böyük enerji tələb edirdi. Əslində, bizim işimiz futbolçuların işindən qat-qat çətin idi. Bu il isə rəhbərlikdən Gürcüstandakı toplanışa getməmək üçün icazə istədim, sağ olsunlar etiraz etmədilər. Allah qoysa, rahat oruc tuta bilərəm”.

Gündüz Abbaszadə (“Neftçi”nin mətbuat katibi): “Komandada xeyli sayda dindar futbolçular var. Hətta klubun prezidenti Sadıq müəllim Hacıdı. Təbii ki, oruc tutanlar olacaq. Amma onlara bu barədə heç bir qadağadan söhbət gedə bilməz. Oruc tutmaq müqəddəs bir işdi ona hamımız əməl etməliyik.

Ötən il Avroliqa oyunları ərəfəsində oruc tutan futbolçularımız var idi. Allah günahımızdan keçər, rəsmi oyunlarda, əsasən səfər qarşılaşmalarında futbolçuların oruc tutmamalarına pis baxmıram. Çünki, oyun ərəfəsində formalarında geriləyişlər ola bilər. Amma yenə , bu, onların öz işidi.

Özümə gəlincə isə, dinimizdə birinci şərt namaz qılmaqdı. Təəssüf ki, hələ namaz qılmıram. Amma ötən illərdə oruc tutmuşam. Bu il çox istərdim ki, yenə oruc tutum. Lakin, yaxınlarda əməliyyat olunduğumdan həkimlər qəti surətdə oruc tutmağıma qadağa qoyublar”.

Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri): “Ötən il də bu məsələ gündəmə gəlmişdi və futbolçuların oruc tutmaları üçün heç bir problem ortaya çıxmadı. Komandada xeyli sayda futbolçular var ki, İslam dininin qoyduğu qaydalara riayət edirlər. Baş məşqçimiz Qurban Qurbanovdun da namaz əhli olduğu hamıya məlumdu. Hətta Qurban müəllimin digər dinlərdən olan futbolçulara öz dini adət-ənənələrini yerinə yetirmək üçün hər cür şərait yaratdığını deyə bilərəm. Əlbəttə, ötən illərdə olduğu kimi bu il oruc tutanlar çox olacaq. Klub rəhbərliyi tərəfindən onların rahat oruc tutmaları üçün hər bir şərait yaradılacaq. Oyun günləri isə futbolçuların oruc tutmaları özlərindən asılıdı. Yəni, hər hansı qadağa olmayacaq. “Qarabağda bütün dinlərə hörmətlə yanaşırlar. Komandada din azadlığı var. Özümə gəlincə isə, bir ay boyunca oruc tutmaq fikrindəyəm. Allah hamının orucunu qəbul eləsin!”

Sonda qeyd edək ki, gələn mövsüm Premyer Liqada çıxış edəcək digər 3 klubumuzun - “Bakı”, “Qəbələ” və “Simurq”un  rəsmiləri də komandalarında futbolçuların oruc tutmaları ilə bağlı hər hansı maneələrin olmayacağını, onlara lazımi şərait yaradılacağını söylədi.

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail