Hakimlərə hədə-qorxu gəldiyinə görə AFFA tərəfindən 5 oyunluq cəzalandı

09.07.2013 | 4223 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” - “Şəfəq” matçının 90+3-cü dəqiqəsində “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov azarkeşləri təhqir etmiş və bir neçə azarkeşlə dava etmişdir. Həmin anda “Şəfəq” klubunun digər futbolçuları baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən dayandırılmış və münaqişənin qarşısı alınmışdır. Oyun başa çatdırılmamışdır. İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:

- “Şəfəq” klubunun 95 №-li futbolçusu Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5 oyunluq cəzalanır (maddə 39).

- “Şəfəq” klubunun 8 №-li futbolçusu Emil Cəfərov və 1 №-li futbolçusu Elvin Məmmədov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).

- “Şəfəq” klubunun təqsiri nəticəsində oyun sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 49).

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Gənclik” matçının 26-cı dəqiqəsində “Suqovuşan” klubunun 4 №-li futbolçusu Güləhməd Mirzəyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

 Oyunun 60-cı dəqiqəsində “Gənclik” klubunun 50 №-li futbolçusu Teyyub Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

4 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qobustan” – “Zirə” matçında “Zirə” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

7 iyul 2013-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Aran” matçının 72-ci dəqiqəsində “Aran” klubunun 18 №-li futbolçusu Şahin Rüstəmov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

Oyunun 73-cü dəqiqəsində “Aran” klubunun 12 №-li futbolçusu Nicat Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

3 iyul 2013-cü il Futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bolluq” – “Titan” matçı başa çatdıqdan sonra “Titan” klubunun 10 №-li futbolçusu Zaur Səmədov hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır (maddə 44).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail