"Skenderbeu"nun kapitanı: "Neftçi" bizdən qat-qat yüksək səviyyədədir"

09.07.2013 | 4639 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Albaniya "Skenderbeu"sunun kapitanı Bledi Şkembi vətənində müsahibə verib. Stadium.az xəbər verir ki, 34 yaşlı futbolçu ilk öncə Avstriyada keçirdikləri təlim-məşq prosesi haqda danışıb: " Məşq prosesi nöqteyi-nəzərdən onu deyə bilərəm ki, hər şey yaxşı keçdi. Biz hər gün intensiv hərəkətlər üzərində işlədik. Hamı maksimal dərəcədə yüklənmiş halda çalışırdı. Oyunlara gəlincə, hamı artıq bilir ki, nəticələrimiz yaxşı olmadı. Buna müxtəlif amillər təsir göstərdi. Bəzi matçlarda intensiv fiziki hərəkətlərə görə yorğunluq vardı. Bundan başqa, biz çox güclü komandalarla üzləşdik. Bunlardan “Şaxtyor”, “Enerji” elə də asan rəqiblər deyil".

"Skederbeu"nun kapitanı "Neftçi" ilə görüşlərdən də söz açıb: "Komanda oyun planında artırıb. Əmin olun ki, “Neftçi” ilə Çempionlar Liqasında hər 2 matçda Avstriyadakı yoxlama oyunlarından tam fərqli komanda görəcəksiniz. Artıq məlumdur ki, “Neftçi” bizdən qat-qat yüksək səviyyədədir. Onların 3-4 futbolçusu var ki, yarım milyon avro dəyərindədir. Heyət baxımından komandalar arasında fərqlər var. Bununla belə, biz öz oyunumuzu göstərib, qalib olmaq üçün sona kimi mübarizə aparmalıyıq. Ümid edirəm ki, biz Azərbaycanda keçiriləcək ilk oyunda müsbət nəticə əldə edib, vətənə inamla qayıdacağıq. Gəlin, sonadək yaxşı nəticəyə ümid bəsləyək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail