Əfran İsmayılovla Rauf Əliyev "Bakı"nın məşqlərində iştirak etməyiblər

11.07.2013 | 3798 dəfə oxunub

 “Bakı” Futbol Klubunun Avstriyada təlim-məşq toplanışı davam edir. Stadium.az xəbər verir ki, dünənki proqrama əsasən komanda 3 məşq keçib. Öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar. Məşq “ağ-göylər”in isinmə hərəkətləri ilə başlayıb. Əsasən toplu hərəkətlərdən ibarət olan məşq zamanı iki qrupa bölünən futbolçular qısamüddətli bir oyun da keçiriblər.

Səhər məşqindən sonra komanda trenajor zalına yollanıb və burada fiziki təmrinləri yerinə yetirib.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağış səbəbindən cəmi bir saat davam edib. Komanda üzvləri əsasən driblinq və zərbələr üzərində çalışıb.

Əfran İsmayılovla Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etməyiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail