"İnter"in rəqibini yaxından tanıyaq

12.07.2013 | 4809 dəfə oxunub

Avroliqanın ikinci mərhələsində "İnter" Norveçin "Tromse" klubu ilə üz-üzə gələcək. Stadium.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edən klubun əsası 1920-ci ilin 15 sentyabrında qoyulub. 1986-cı ildə yüksək liqada debüt edən "Tromse" yalnız 1 dəfə elita ilə vidalaşıb.

Komanda ev oyunlarını 7500 tamaşaçı tutumuna malik olan "Alfxeym" stadionunda keçirir. Klubun prezidenti Helqe Kremer, baş məşqçisi isə Aqnar Kristensendir. O, 2013-cü ildən "Tromse"ni çalışdırır. Son mövsümdə "Tromse" Norveç çempionatında dördüncü yeri tutub. Cari mövsümdə isə "İnter"in rəqibi 15 turdan sonra 19 xalla səkkizinci pillədə qərarlaşıb. Komanda ölkə çempionatında keçirdiyi son 2 oyunda uduzub. "Tromse" ev oyunlarını ağ-qırmızı zolaqlı, səfər görüşlərini isə göy rəngli formada keçirir.

Tarixində heç vaxt ölkə çempionu ola bilməyən "Tromse" 2 dəfə gümüş (1990, 2011), 3 dəfə isə bürünc (1989, 2008, 2010) medalları qazanıb. 1986 və 1996-cı illərdə isə komanda ölkə kubokuna sahib çıxıb. Məşhur norveçli Ture-Andre Flo 1995-ci ildə "Tromse"nin şərəfini qoruyub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail