"Araz"a lisenziya verdilər mənə nə dəxli, vermədilər nə dəxli?"

12.07.2013 | 5815 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yeni mövsümdən etibarən I divizionda çıxış etmək istəyən Naxçıvanın "Araz" klubuna lisenziya verilməməsinə münasibət bildirib. Stadium.az xəbər verir ki, PFL başqanı bu məsələnin ona heç bir aidiyyatı olmadığını bildirib: "Araz"a lisenziya verdilər mənə nə dəxli, vermədilər nə dəxli? Lisenziyanı mən vermirəm ki... Gedin, AFFA-dan soruşun ki, niyə "Araz"a lisenziya vermilər. Belə baxanda mən də istəyirəm ki, "Araz" birinci divizionda oynasın. Amma birinci liqada mübarizə aparan klublar Naxçınava getmək istəmirlər. Mən də "Araz"a təklif elədim ki, gəlin, Bakıda oynayın. Biz sizin üçün hər bir şəraiti yaratmağa hazırıq. Lakin qarşı tərəfdən cavab gəldi ki, bizə göstəriş verilib ki, Naxçıvanda oynamalıyıq. İndi mən də qalmışam çətin vəziyyəydə. Bunun üçün əlimdən gələni edirəm. Lakin hələ ki ortaq məxrəcə gəlmək mümkün olmur. İndi siz deyin, mən neyləyim?"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail