"Simurq" Avstriyada məşqlərə başladı

14.07.2013 | 3982 dəfə oxunub

"Simurq" hazırlıqların üçüncü mərhələsinə start vermək üçün Avstriyaya gəlib. Stadium.az xəbər verir ki, Tirol şəhərində yerləşən "Kayzer" otelində məskunlaşan "Simurq" axşam saatlarında dörd günlük istirahətdən sonra məşqləri bərpa edib. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Qarşıdakı hazırlıq proqramı haqqında məlumat verən gürcü mütəxəssis, futbolçularına çempionatın başlanmasına az bir vaxtın qaldığından tam gücləri ilə çalışmalarını tapşırıb və qeyd edib ki, təlim-məşq toplanışının bu mərhələsi əsasən taktiki tapşırıqların yerinə yetirilməsindən ibarət olacaq. Ancaq yorğunluq nəzərə alınaraq bərpa xaraqterli məşqin keçiriləcəyini bildirib.

Bundan sonra isə məşqə start verilib. Qaçış və isinmə hərəkətlərindən sonra 2 qrupa bölünərək "kvadrat"la hazırlıq davam edib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla məşq tamamlanaraq futbolçulara istirahət verilib.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı çalışıb.

Ötən mövsüm "Simurq"la müqaviləsinin müddəti bitdiyinə görə Zaqatala təmsilçi ilə yollarını ayıran Stepan Polyak isə yenidən "Simurq"a dəvət edilib. Artıq təcrübəli futbolçu komanda ilə məşqədə çıxıb.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail