”Qalatasaray” özəl, “Fənərbaxça” gözəl, amma ən böyük “Beşiktaş”dı"

15.07.2013 | 3455 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyənin “Cihan” agentliyinə açıqlama verib. Stadium.az xəbər verir ki, uelsli mütəxəssis müsahibəsində ilk öncə Avroliqanın II təsnifat mərhələsində qarşılaşacaqları Hayfa "Makkabi"si haqda söz açıb: "İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidir. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik”.

Bir vaxtlar “Beşiktaş”ın baş məşqçisi olmuş Toşak  “Xəzər Lənkəran”ın iyulun 21-də “Fənərbaxça” ilə keçirəcəyi yoldaşlıq görüşünə çox ciddi hazırlaşdığını söyləyib: ”Qalatasaray”  özəl, “Fənərbaxça” gözəl komandadır, amma ən böyük “Beşiktaş”dır. Bir vaxtlar “Beşiktaş”da çalışdığım üçün xoşbəxtəm. “Real”dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail