Georgi Çixradze: “Yaxşı oyun göstərdik”

17.07.2013 | 3629 dəfə oxunub

Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirən “Simurq”, “Olimpiakos”la görüşdə 2:1 hesabı ilə məğlub oldu. Stadium.az xəbər verir ki, qarşılaşmadan sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze oyun haqqında fikirlərini klubun rəsmi saytı ilə bölüşdü: "Güclü rəqiblə görüş, bizim baxımımızdan çox yaxşı sparrinq oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik. Oyun haqqında isə onu deyə bilərəm ki, “Olimpiakos” yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarımsaatdan bir dəyişiklik edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”.

Gürcü mütəxəssis hansı mövqelərə yeni futbolçuların transfer edilməsi ilə bağlı sualı belə cavablandırdı: "Bizə hazırda hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdır”.

O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununuda dəyərləndirdi: “Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda “Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail