"Qarabağ"la oyunda qapımıza qapanaraq müdafiədə oturmayacağıq"

17.07.2013 | 3612 dəfə oxunub

Avroliqanın II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa təmsilçisi "Piast"ın kapitanı Tomaş Podqorski qarşıdakı görüş haqda danışıb. Stadium.az xəbər verir ki, 28 yaşlı futbolçunun fikrincə, Ağdam klubu sabahkı matça daha yaxşı hazırlaşıb: "Son bir neçə gündə yaxşı çalışmışıq. Lakin "Qarabağ" da bizimlə oyuna yaxşı hazırlaşıb. Baş məşqçi rəqib haqda bizə müəyyən məlumatlar verib. Avrokuboklarda yaxşı başlanğıc etmək istəyirik. "Qarabağ" elə də yüksək səviyyəli komanda deyil. Biz onları fiziki cəhətdən üstələyə bilərik. Lakin müxtəlif komponentlərdə rəqib bizi üstələyir. Onların heyətində bəzi futbolçular var ki, meydanda tez-tez yer dəyişərək qol vurmağı bacarır. Həmin oyunçulara qarşı diqqətli oynamalıyıq. Oyuna gəldikdə isə Bakıdan sərfəli nəticə ilə ayrılmaq istəyirik. Burada böyük hesabla məğlub olub, cavab matçının formal xarakter daşımasını istəmərik. Buna görə də Polşadakı cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq lazımdır. "Qarabağ"la oyunda qapımıza qapanaraq müdafiədə oturmayacağıq. Çünki bu, bizim oyun üslubumuz deyil. Əksinə hücumda oynayaraq qol vurmağa çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail