Melvin Platye: "Növbəti mərhələyə keçən tərəf "Neftçi" olacaq"

19.07.2013 | 4292 dəfə oxunub

“Neftçi” PFK-nın hollandiyalı hücumçusu Melvin Platye “Skenderbeu” ilə oyun barədə klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, o, komandasının növbəti mərhələyə adlayacağına inandığını bildirib: "Düşünürəm ki, çox yaxşı oynadıq, əla qol şanslarımız oldu. Rəqib bütün komanda ilə müdafiəyə çəkildiyindən, qol vurmaq çətin idi. Bununla belə, fərqlənmək üçün kifayət qədər imkanlarımız var idi. Bu mənim “Neftçi”nin heyətində ilk rəsmi oyunum idi. Buna baxmayaraq, qol şansları qazandım, lakin təəssüf ki, bunlardan istifadə edə bilmədim. İlk qarşılaşma olduğundan, təbii ki, əvvəlcə həyəcan var idi. Lakin meydana çıxandan sonra azarkeşlərin möhtəşəm dəstəyi sayəsində həyəcanı boğa bildim. Fanatlar məni təəccübləndirdi, açığı, onlardan belə güclü dəstək gözləmirdim. Özümü evdəki kimi hiss edirdim. Ruhdan düşmək lazım deyil. Əminəm ki, səfərdə istədiyimiz nəticəni qazanacağıq. Növbəti mərhələyə keçən tərəf “Neftçi” olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail