"Daha öncə Avropada Azərbaycan futbolundan xəbərsiz idilər"

19.07.2013 | 5957 dəfə oxunub

"Hələ ki, yeni komandam haqqında ətraflı danışa bilmərəm. Kollektivə yenicə qoşulmuşam. Türkiyədə baş tutan təlim-məşq prosesinin son 1 həftəsində yer aldım. Onu deyə bilərəm ki, klub tərəfindən futbolçulara ayrılan diqqət və hazırlıq prosesinin təşkili yüksək səviyyədədir. Hamı işinə peşəkar yanaşır". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin heyətinə yeni qoşulan Daniel Subotiç deyib.

Hazırda "Qəbələ" ilə birlikdə Avstriyanın Zalsburq bölgəsində təlim-məşq prosesində yer alan hücumçu Azərbaycan futbolunun son 10 ildə gözəçarpan dərəcədə inkişaf etdiyini və Avropada tanınmağa başladığını deyib: "Azərbaycan futbolu və klubları son 10 ildə xeyli inkişaf edib. Daha öncə Avropada Azərbaycan futbolundan və komandalarından xəbərsiz idilər. Amma son dövrlərdə futbola göstərilən diqqət və sözügedən idman növünə peşəkar yanaşma ölkədə futbolun inkişafını sürətləndirib. Xüsusən bu sözləri "Qəbələ" haqda demək mümkündür".

Subotiç komanda daxilindəki atmosferdən, məşq prosesindən və hədəflərindən də bəhs edib: "Bütün komanda yoldaşlarımla xoş münasibətim var. İlk gündən onlar məni səmimi və gülərüzlə qarşıladılar. Heyətə qatıldığım gündən bu yana keçən zaman kəsiyi yaddaşımda yalnız pozitiv xatirələrlə qalıb. Baş məşqçimiz Yuri Syomini Ukraynada oynadığım zamandan tanıyıram. Onun məşqçilik qabiliyyətinə və xarakterinə bələdəm. Təcrübəli mütəxəssisin bizdən nə tələb etdiyini də gözəl anlayıram. Məşqlərimiz maraqlı keçir. Çempionatın startına kimi həm fiziki, həm də texniki baxımdan hazır olacağıq. Komandanın hədəflərindən də xəbərdaram. "Qəbələ"ni seçməyimdə məhz kollektivin qarşısına qoyduğu hədəflər rol oynadı. Bu haqda mənə ətraflı məlumat verdilər. Düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. Hədəfimizə çatmaq üçün ilk öncə möhkəm komanda olmağı bacarmalıyıq. Əgər 11 futbolçu bir ola bilsə, yekun istədiyimiz kimi olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail