"Bakı"ya qalib gələn komanda "Rəvan"a rəqib oldu

19.07.2013 | 4121 dəfə oxunub

Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gündə 2 dəfə məşq edən komandada bu qrafik yalnız oyun günləri pozulur. Artıq ilk yoxlama oyununda "Aluminiy” ilə 1:1 oynayan "Rəvan” sabah ikinci hazırlıq matçını keçirəcək.

Xəbər verdiyimiz kimi, minimum 3 oyunun keçirilməsi dəqiqləşmişdi. Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və "Rəvan" sabah Sloveniya toplanışı ərzində ikinci oyununu keçirəcək. Rəqib isə Serbiya Superliqasının təmsilçisi "Donyi Srem” olacaq.

1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donyi Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadır. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donyi Srem” həm də feyr-pley mükafatının sahibi olub.

Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.

Əlavə edək ki, "Donyi Srem” bir neçə gün əvvəl "Bakı"ya 4:1 hesabı ilə qalib gəlib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail