"Qalatasaray"ın prezidentindən Bruma açıqlaması

19.07.2013 | 4416 dəfə oxunub

"Qalatasaray"ın prezidenti Ünal Aysal, portuqaliyalı gənc ulduz Brumanın transferindəki son durumla bağlı açıqlama verib. Stadium.az xəbər verir ki, Melo ilə 3 illik müqavilə imzaladıqdan sonra bu problemi həll edən "Cim-Bom"un gündəmindəki yeganə məsələ Brumadır. "Qalatasaray" da öz növbəsində Brumanı heyətinə qatmaq üçün artıq hərəkətə keçib. "Çelsi"nin də portuqaliyalı ulduza "elçi düşməsi" "Qalatasaray"ın işinə yaramayıb. Çünki müştərilərin artması "Sportinq"in Brumanın qiymətini qaldırmasına səbəb olub. Ünal Aysal da açıqlamasında qeyd edib ki, hələlik futbolçunun keçidini həll etmək mümkün olmayıb: "Brumayla bağlı yeni bir xəbər yoxdu. Sözün açığı, qısa zamanda da bu məsələdə yenilik olacağına da inanmıram".

Qeyd edək ki, bir neçə gün əvvəl 18 yaşlı hücumçu "Sportinq"lə yeni müqavilə imzalamaqdan imtina edib. Bu səbəbdən də Lissabon təmsilçisi Brumanı satmaq qərarına gəlib. "Qalatasaray" qarşıdakı həftə yenidən Bruma ilə görüşəcəyi bildirilir. Əlavə edək ki, Bruma ilə "Portu" klubu da yaxından maraqlanır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail