"Tromso"nun baş məşqçisi: "Bakıda bizi heç-heçə də qane edir"

20.07.2013 | 4361 dəfə oxunub

Avroliqanın II təsnifat mərhələsində "İnter"in rəqibi olan "Tromso"nun baş məşqçisi Aqnar Kristensen artıq növbəti mərhələ haqda düşünür. Stadium.az xəbər verir ki, A.Kristensen III mərhələdə işlərinin çətin olacağını bildirib: "Növbəti mərhələdə bizə çox çətin olacaq. Çünki "Differanj" - "Utrext" cütünün qalibi ilə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ilk oyunda 2:1 hesabı ilə qələbə qazandığı üçün cüzi üstünlüyə malikdir. Ancaq cavab matçında hər şey dəyişə bilər".

"Tromso"nun çalışdırıcısı Bakıda "İnter"ə qarşı keçirəcəkləri cavab oyunundan da söz açıb: "Hələ ikinci mərhələni keçməmişik. Bakıda bizi çox çətin oyun gözləyir. Ancaq səfərə yaxşı nəticə ilə yollanacağıq. Bizi səfərdə heç-heçə də qane edir. Ancaq təbii ki, səfərdə də qələbə üçün oynayacağıq. "İnter" ilk hissədə hesabı açsa, işimiz çətin olacaq. Ona görə də diqqətli oynamalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail