"Simurq" məşqlərə ara vermir

21.07.2013 | 3101 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" hazırlığın 9-cu günündə də iki məşqə çıxıb. Stadium.az xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri səhər hazırlığına isinmə hərəkətlərindən sonra fiziki gücün artırılması ilə bağlı təmrinləri yerinə yetirib. Məşqin əsas hissəsində isə taktiki və texniki tapşırıqlar yerinə yetirilib. Qapıya zərbələrlə hazırlıq tamamlanıb.

İki saata yaxın davam edən axşam məşqi isə əsasən taktiki təmrinlər üzərində qurulub. Qısa və uzun öturmələrdən sonra isə hazırlıq "kvadrat" oynamaqla davam edib. İki qrupa bölünən "sarı-qaralar" ikitərəfli oyun keçiriblər. Məşqin sonunda isə cərimə zərbələrinin yerinə yetirilməsi ilə hazırlıq tamamlanıb.

"Simurq" hazırlığın növbəti günündə iki məşqlə davam etdirəcək. İyulun 22-də isə Zaqatala təmsilçisi təlim-məşq toplanışının planına əsasən Avstriyada növbəti yoldaşlıq görüşünə çıxacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail