”Fənərbaxça” klubunun idarə heyəti Lənkəran stadionunda

21.07.2013 | 4749 dəfə oxunub

 “Xəzər Lənkəran” klubu ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn Türkiyənin “Fənərbaxça” klubu dünən axşamdan artıq Lənkərandadırlar. Stadium.az xəbər verir ki, Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına endi və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollandı.

Bu gün isə “Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.

“Fənərbaxça” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini etdi və idarə heyəti ilə birgə “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakı iş otağında ziyarət etdilər. Buradan isə qonaqlar “Palsüd” zavoduna gedərək zavodun iş şəraiti ilə tanış oldular.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail