"Skenderbeu"nun üzvü: "Növbəti mərhələyə yaxın olduğumuzu deyə bilmərəm" Müsahibə

22.07.2013 | 3416 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin rəqibi olan Albaniya çempionu "Skenderbeu" klubunun futbolçusu Bledi Şkembi təmsilçimizlə cavab oyunu öncəsi Albaniya mətbuatına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bakıda qeydə alınan 0:0 hesabını komanda üçün nə dərəcədə sərfəlidir?

- Bu yaxşı nəticədir. Əgər oyundan öncə bu nəticə haqda düşünsəydik, çox şad olardıq. Ancaq qarşıda cavab matçı var. Bu oyuna da ilk görüşdə olduğu kimi ciddi hazırlaşırıq. Sabah ilk görüşdən daha yaxşı oynamalıyıq.

- Bu nəticədən sonra komandanı növbəti mərhələyə yaxın hesab etmək olar?

- Növbəti mərhələyə yaxın olduğumuzu deyə bilmərəm. Çünki ilk oyunda "Neftçi"nin yaxşı komanda olduğunu və heyətində səviyyəli futbolçuların çıxış etdiklərini gördük. Ona görə düşünürəm ki, "Neftçi" də bizim ilk oyunda etdiyimizi təkrarlamağa çalışacaq. Bu oyunda şansların yenə 50/50-yə olduğunu deyə bilərəm.

- Komandanın ilk görüşdəki oyunu səni razı saldı?

- İlk görüşdə oyunumuz yaxşı alındı. Ancaq son zərbəni vurmağa gücümüz yetmədi. Düşünürəm ki, cavab matçında daha yaxşı oynayacağıq. Lakin bilməliyik ki, hələ heç nə bitməyib. Bizim qol vurmaq üçün yaxşı imkanlarımız var idi, ancaq düzünü desək, "Neftçi" həmin oyunda şansız idi. Qapıçımız Orqes Şehi həmin oyunda mükəmməl oynadı.

- Qarşıdakı cavab oyunundan nə gözləyirsən?

- Biz bu oyunun əhəmiyyətini yaxşı dərk edirik və qarşıdakı 90 dəqiqə karyeramda çox vacib olacaq. İlk görüşlə müqayisədə cavab matçında daha çox güc sərf etməliyik. Bütün diqqətlər üzərimizdə olacaq və bacarığımızın 200 faizini meydanda qoymalıyıq. Düşünürəm ki, əgər məqsədimizə nail olsaq, Çempionlar Liqasının üçüncü mərhələsinə vəsiqə qazanacağıq.

- Səncə, ÇL-in üçüncü mərhələsi "Skenderbeu" üçün nə qədər uzaqdır?

- Əminik ki, biz hələ heç nə etməmişik. Bizi qarşıda çox çətin və vacib tapşırıq gözləyir. Dediyim kimi qarşıdakı 90 dəqiqə futbolçular və komanda üçün çox vacibdir.

- Azərbaycan mətbuatı sizin ilk oyunda bilərəkdən artistlik edərək vaxt uzatdığınızı iddia edir. Bu doğrudur?

- Hər komandanın öz oyun üslubu var. Lakin həmin oyunda bizim film göstərməyə vaxtımız yox idi. Biz çox gözəl futbol nümayiş etdirdik. Bu, onların öz komandalarından narazı qalmalarından irəli gəlir. Ancaq biz öz vəzifəmizi yerinə yetirdik. Mətbuat konfransında mən rəqibə hörmət etdiyimizi, ancaq onlardan çəkinmədiyimizi söyləmişdim. Halbuki, azərbaycanlılar böyük hesabla qalib gələcəklərini iddia edirdilər.

- Necə düşünürsən, "Skenderbeu" növbəti mərhələyə adlayacaq?

- Mən inanıram və ümid edirəm ki, illər sonra yuxum reallığa çevriləcək. Bu il bizim ilimizdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail