"Simurq" günü bir məşqlə keçirdi

24.07.2013 | 4328 dəfə oxunub

"Simurq" Avstriyanın Tirol bölgəsində davam etdirdiyi yeni mövsümün hazırlıqları çərçivəsində dünən bir məşqə çıxdı. Stadium.az xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında səhər hazırlığı iki saata yaxın davam etdi.

Əvvəlcə gürcü mütəxəssis yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət etdi. Bundan sonra isə məşqə start verildi. "İstanbul BB" ilə yoldaşlıq görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular komandadan ayrı, köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında hazırlığı davam etdirdi. Sonda isə öz aralarında qısa ötürmələrlə məşqi tamamladılar.

Digər qrup isı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi alıtnda məşqə fiziki təmrinlərlə başladı. Daha sonra isə qısa ötürmələrdən ibarət taktiki çalışmaları yerinə yetirdilər. Hazırlığın sonunda isə Rəşad Eyyubov, Rövşən Əmiraslanov və Salif Ballo Georgi Çixradzenin rəhbərliyi altında qapıya zərbələr üzərində xüsusi məşq elədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail