“Neftçi” üzərindəki qələbəyə görə 100 min avro mükafat verəcəyimi təsdiqləyirəm”

24.07.2013 | 4439 dəfə oxunub

“Sözümün üstündə dururam. “Neftçi”ni keçdik və qələbəyə görə komandaya 100 min avro mükafat verəcəyimi təsdiqləyirəm”. Stadium.az xəbər verir ki, bu fikirləri “Neftçi”ni Çempionlar Liqasında mübarizədən kənarlaşdıran Albaniyanın “Skenderbeu” klubunun prezidenti Ardian Takay deyib.

O bildirib ki, “ağ-qaralar”a öz meydanlarında keçirilən matçda qazandıqları qələbəyə görə təkcə özü yox, hamı razı qalıb: “Biz 120 dəqiqədə intensiv oynadıq, əzmkarlığımızı göstərdik. Buna görə futbolçulara minnətdarlıq etmək istərdim. Çünki onlar çox güclü rəqiblə oyunda nəticə qazandılar. Bu tarixi uğur təkcə klubumuzun yox, bütün Albaniya futbolunundur. Növbəti təsnifat mərhələsinə çıxmağımız çox vacibdir. Həyəcanlı olduğumdan, çox danışa bilmirəm. Ancaq onu deyə bilərəm ki, düzgün yoldayıq. “Neftçi” ilə oyun nə qədər çətin olsa da, bu, artıq arxada qalıb. İndi növbəti rəqiblə oyunu düşünməliyik”.

Qeyd edək ki, “Neftçi”ni əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edən “Skenderbeu” III təsnifat mərhələsində Qazaxıstan “Şaxtyor”u ilə üzləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail