"Neftçi"də klubdaxili toplantı keçirildi

25.07.2013 | 4532 dəfə oxunub

Albaniya səfərindən qayıtdıqdan dərhal sonra “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev, eləcədə məşqçilər Tərlan Əhmədov, Bəxtiyar Musayev, Kamal Quliyev, Neboyşa Monoyloviç və Ruben Sellesin iştirakı ilə keçirilmiş iclasda Çempionlar liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri ilə bağlı məşqçilərin fikirləri dinlənilib. Baş məşqçi Böyükağa Hacıyev məğlubiyyətə görə məsuliyyət daşıdığını və 25 iyul 2013-cü il tarixdə saat 11:00-da klub prezidenti Sadıq Sadıqova istefa ərizəsini təqdim edəcəyini bildirib. Məşqçilər isə klub prezidentinin verəcəyi qərara razı olduqlarını söyləyiblər. “Skenderbeu” klubuna məğlubiyyətin səbəbləri araşdırılacaq və yekun qərar yaxın günlərdə klub prezidenti Sadıq Sadıqovun iştirakı ilə keçiriləcək iclasda veriləcək.



  #1   Adınız: Emil;   E-mail: ---

25.07.2013 03:13

Karabagin oynuna baxan mewgci iwini gore biler,Neftchi de vur dereyedi,1-2 Azerbaycan ucun bahali ouncu oyunu aparir,konkret Vobay 1de braziliyali.Karabag Albanlari darma dagineliyerdi,heif.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail