Azərbaycan futbol jurnalistlərinin birgə bəyanatı!

28.07.2013 | 4906 dəfə oxunub

Azərbaycan Premyer-Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Qol gücünə, hərbə-zorba gəlməklə nəyəsə nail olmağa, özlərini göstərməyə çalışan mühafizə işçilərinin davranışı bezdirici səviyyəyə çatıb. Hər dəfə yeni qayda icad edərək “o olmaz, bu olmaz” deməklə işimizi lazımınca yerinə yetirməyə, akkreditasiya qaydalarına uyğun olaraq hərəkətlərə qoymayan bu şəxslərlə bağlı tədbir görülməsinin vaxtıdı. Bu səbəbdən də...  

Azərbaycan futbol jurnalistləri olaraq bu tərbiyəsizliyin qarşısının alınmasını, ciddi addımların atılmasını tələb edirik!   Bu, klublar və AFFA-ya birinci və sonuncu xəbərdarlıqdı. Xüsusilə də klublar (hələ ki, ad çəkməyə ehtiyac yoxdu) bu işdə “fərqlənərək”, işçilərinə həddindən artıq “səlahiyyət” veriblər. Gücə gəlincə, biz də mumdan deyilik! Ancaq hər şeyin sivil həlli yolu var və demokratik qanunlarla idarə olunan dövlət qurmaq istəyən hakimiyyətimizin bu çalışmalarına qarşı çıxmaq lazım deyil. Onsuz da bərbad olan futbol sistemimizdə daha bir problemin yaranmasını istəmirik. İşimizi lazımlı səviyyədə görməyimiz, bizdən çox sizə lazımdı, cənablar!  

Bu bacarıqsız, işinin nədən ibarət olduğunu bilməyən adamlarınızı təlimatlandırmanızı, onlara mətbuat nümayəndələriylə davranış qaydalarını öyrətməyinizi tələb edirik. Bir daha təkrar edirik, bu bir xahiş yox, tələbdir!1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail