"Rəvan" "Simurq"la oyuna hazırlaşır

29.07.2013 | 4503 dəfə oxunub

"Rəvan” cümə günü Sloveniyadan vətənə döndükdən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara ikigünlük istirahət verilmişdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün komanda yenidən bir araya gəlib.

"Bayıl stadionu”nda baş tutan məşq həm də Premyer Liqanın ilk turu çərçivəsində keçiriləcək "Simurq” ilə oyuna hazırlığın startı anlamına gələ bilər. Belə ki, "Rəvan” məhz bu gündən sırf Zaqatala təmsilçisi ilə oyunun hazırlıqlarına başlayıb.

Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini daha çox taktiki cəhətdən hazırlayan baş məşqçi toplu çalışmalara üstünlük verib. Təktoxunuşlu ötürmələr, "kvadrat”, standart vəziyyətlər, qapıya zərbələr və s. komponentlər məşqin tərkib hissəsinə daxil idi.

Qeyd edək ki, komandada zədəli futbolçu yoxdur. Düşərgədə olan yeni futbolçular - İvan Pexa, Kamil Nurəhmədov və Elnur Abdulov da məşqdə fəal iştirakı ilə yadda qalıb. Hər üç futbolçu məşqçilər korpusunun etimadını doğrultduğundan onlarla yaxın günlərdə rəsmi müqavilə də imzalanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail