“Rəvan” İsveç millisinin üzvünü transfer etdi

30.07.2013 | 5165 dəfə oxunub

2013/14 mövsümünə ciddi və iddialı hazırlaşan "Rəvan” daha 1 transfer rəsmiləşdirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.

Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.

Hazırda İsveçdə olan və Bakıya gəlməyə hazırlaşan Seba karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Amma o, yerli mətbuata açıqlamasında bundan narahat olmadığını dilə gətirib: "Azərbaycanda oynamaq, karyeramı bu ölkədə davam etdirmək mənim üçün çox maraqlı olacaq. Təbii, legioner həyatı yaşamaq istədiyimdən belə imkanı qaçıra bilməzdim. Bu üzdən də aldığım təklifi müsbət dəyərləndirdim. İlk dəfədir xaricə üz tuturam. Amma heç nədən çəkinmirəm. Düşünürəm ki, karyeramda hər şey yaxşı olacaq”.

Onu da bildirək ki, "Rəvan” buna qədər 8 rəsmi transfer həyata keçirmişdi. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komanda bu gün daha erkən saatlarda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə bağlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail