"Qəbələ": 8-ci dəfə startda

31.07.2013 | 4768 dəfə oxunub

Bu həftə - avqustun 2-də Premyer Liqanda yeni mövsümün startı veriləcək. Stadium.az xəbər verir ki, iştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq. 2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəldi. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən komanda artıq 7 dəfə Premyer Liqada çıxış edib.

Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırdı. 2008/09 mövsümü isə uğursuz alındı. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşdı.

“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşmədi. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar oldu. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşdü. Komandanın  7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqləndi. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmadı.

2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlandı. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırdı. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı oldu. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi. 

 Mövsüm

yer

O

Q

H

M

TOP

X

2006/07

11

24

4

4

16

17-47

16

2007/08

6

26

11

3

12

33-36

36

2008/09

10

26

9

6

11

28-21

33

2009/10

5

32

13

10

9

36-36

49

2009/10, I mərhələ

 

22

10

6

6

24-21

36

2009/10, II mərhələ

 

10

3

4

3

12-15

13

2009/10, qızıl xallar

 

20

4

8

8

18-27

20

2010/11

7

32

13

12

7

31-18

51

2010/11, I mərhələ

 

22

8

7

7

19-14

31

2010/11, II mərhələ

 

10

5

5

0

12-4

20

2011/12

5

32

15

7

10

43-32

52

2011/12, I mərhələ

 

22

10

5

7

27-23

35

2011/12, II mərhələ

 

10

5

2

3

16-9

17

2012/13

6

32

10

8

14

32-40

38

2012/13, I mərhələ

 

22

9

5

8

26-27

32

2012/13, II mərhələ

 

10

1

3

6

6-13

6

Cəmi 

 

204

75

50

79

220-230

275

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail