“Rəvan” Qəbələdə məşqə çıxdı

03.08.2013 | 5272 dəfə oxunub

Bu gün Premyer Liqanın ilk turu çərçivəsində "Simurq”la üz-üzə gələcək "Rəvan” oyuna hazırlığı başa vurub. Stadium.az xəbər verir ki, komanda dünən Qəbələdə axşam  aatlarında son məşqini keçib. Uzun yol yorğunluğunu təxminən 3-4 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər mərkəzi stadionuna yollanan "Rəvan" 1 saata yaxın müddətdə məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrılıb. Ardından "kvadrat"larla dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda asmaların qapanması və qapıya zərbələr üzərində də işləyib.

Qeyd edək ki, "Simurq” ilə matçın Qəbələdə baş tutması Zaqatala şəhər stadionunda aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədardır. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın bu gün saat 18:30-da başlayacağını da qeyd edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail