Mbilla Etame rəsmən ”Xəzər Lənkəran”da!

03.08.2013 | 5570 dəfə oxunub

"Xəzər Lənkəran" Futbol Klubu heyətini kamerunlu forvardla gücləndirdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandayla 2 illik müqaviləyə imza atan Mbilla Etame Serj Flavier bundan sonra "ağ-yaşıl" formada çıxış edəcək.

25 yaşlı afrikalı forvard 2008-ci ildən etibarən Türkiyənin "Bank Asiya" Liqasının təmsilçisi olan "Adanaspor"un uğurları üçün çalışıb. Çıxış etdiyi ilk mövsümdə rəqib qapılarına 10 qol vurmuş Mbilla komandasının aparıcı oyunçularından birinə çevrildi. Ümumilikdə, Türkiyə təmsilçisinin heyətində 61 qola imza atmış hücumçu 2010/2011 mövsümünün yekunlarına əsasən Türkiyənin "Bank Asiya" liqasının ən yaxşı bombardiri mükafatına layiq görülüb. Maraqlıdır ki, o imza atdığı qollardan yalnız birini penaltidən vurub.

Yaxın saatlarda futbolçunun "Xəzər Lənkəran"ın oyun öncəsi məşqinə qoşulacağı gözlənilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail