Bahodir Nasimov “Neftçi”nin tarixinə düşdü

04.08.2013 | 4483 dəfə oxunub

Premyer Liqanın 1-ci turu “Neftçi”nin futbolçusu Bahodir Nasimov üçün əlamətdar olub. Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, özbəkistanlı hücumçu AZAL-la oyunda rəqib qapısından top keçirməklə çempionatdakı qol həsrətinə son qoyub. Belə ki, 2011/12 mövsümünün ən yaxşı bombardiri ötən çempionatı qol vurmadan bitirmişdi. Nasimov sonuncu qolunu 2012-ci il aprelin 14-də “İnter”lə oyunda (2:1) vurmuşdu.

476 günlük qol həsrətini bitirən Nasimov AZAL-ı məyus etməklə “Neftçi”nin də tarixinə düşüb. O, klub tarixində Azərbaycan çempionatında ən çox qol vuran legioner adına sahib çıxıb. 2010/11 mövsümündə 28 oyunda 15 qol vurmaqla bombardir titulunu son anda əldən verən, 1 il sonrakı 29 oyunda vurduğu 16 qolla nəhayət ki, mükafatın sahibi olan 3 qat Azərbaycan çempionu “Neftçi”nin heyətində 32-ci qolunu vurub.

Bu matçadək “ağ-qaralar”ın Premyer Liqa tarixində ən məhsuldar legioneri adına 2 şərik var idi. Nasimov milliləşən serbiyalı Branimir Subaşiçlə eyni sayda - 31 qol vurmuşdu.

AZAL-ın qapısına qol vuran digər legioner - braziliyalı Flavinyo da “Neftçi”nin ən məhsuldar 5 legioneri siyahısındadır. Komandada 78-ci çempionat matçına çıxan cənubi amerikalı 27-ci qolunu vurmaqla 1 mövsümə 26 dəfə fərqlənən Kanalesi arxada qoyub. Paytaxt təmsilçisinin 5 ən məhsuldar legioneri siyahısında Nasimov, Subaşiç, Flavinyo və Kanalesdən başqa 29 qola imza atan Georgi Adamiya da var.

Qeyd edək ki, “Neftçi”nin çempionatda ən çox qol vuran futbolçusu Samir Ələkbərovdur - 99 qol.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail