İaşvili: "Deməzdim ki, "Qarabağ" bizdən yaxşı təsir bağışlayırdı" Müsahibə

05.08.2013 | 4988 dəfə oxunub

"İnter"in gürcüstanlı hücumçusu Aleksandr İaşvili Premyer Liqanın 1-ci turunda “Qarabağ”la (1:2) keçirilən matçdan dərhal sonra klubun rəsmi saytına müsahibə verib. Gəmin müsahibəni təqdim edirik:

-Aleksandr, matç kifayət qədər maraqlı alındı. “İnter” erkən qol vurdu, lakin bu üstünlüyünü saxlaya bilmədi. Bundan başqa, fasilədən sonra komanda daha bir qol buraxdı. Mövsümün ilk oyunu barədə nə deyə bilərdiniz?

- Oyuna pis başlamadıq. Bizə erkən qol vurmaq müyəssər oldu. Lakin sonra matçın ssenarisi dəyişdi. “Qarabağ” vəziyyətlərindən istifadə etdi və qalib gəldi. Amma deməzdim ki, rəqib bizdən yaxşı təsir bağışlayırdı, sadəcə onlar qol vəziyyətlərini reallaşdırdılar, biz isə yox. Bizim belə vəziyyətlərimiz daha çox oldu. Ancaq nə etmək olar, futbol belədir.

- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

- Qeyd etdiyim kimi, biz oyuna yaxşı başladıq. Birinci hissədə biz oyunun gedişinə tam nəzarət etdik, “Qarabağ” yalnız qapımıza tərəf bir necə zərbə endirdi. Lakin sonra biz kobud səhvlərə yol verdik və rəqib də bundan istifadə etdi. “Qarabağ”ın heyətində bu səhvlərdən istifadə edəcək yaxşı icraçılar çoxdur.

- “İnter” nəyə görə birinci hissədə nümayiş etdirdiyi oyun ritmini ikinci hissədə davam etdirə bilmədi? Bəli, komanda topa daha çox nəzarət etməyə çalışırdı, ancaq bu, daha az təhlükəli vəziyyətlərə gətirib çıxarırdı.

- Düşünürəm ki, bizə sonuncü ötürmə çatışmırdı. Bundan başqa, bizim ixtiyarımızda daha inamla və daha dəqiq istifadə etməli olduğumuz daha çox standart vəziyyətlər vardı. Qapılara doğru daha çox zərbə endirmək lazım idi. Bir sözlə, çempionatın ilk oyununda uduzmağımız pis oldu, özü də birbaşa rəqibimizə məğlub olmağımız daha pisdir.  Bununla belə, önümüzdə tam mövsüm var, vəziyyəti yaxşılaşdırmaq üçün kifayət qədər vaxt var.

- Rəqibin heyətində Almaniyanın “Boxum” komandasında birlikdə çıxış etdiyiniz Nikolaz Qelaşvili də meydana çıxmışdı. Maraqlıdır, siz bu oyunu onunla müzakirə etmişdiniz? Keçmiş klub yoldaşınızı bu qələbə münasibətilə təbrik etdiniz?

- Etiraf edim ki, bu oyunadək onunla əlaqə saxlamamaşıq. İstənilən matça tam diqqətlə yanaşmaq lazımdır. Bu barədə yalnız oyundan sonra danışmağın lazım olduğunu düşünürəm. Oyundan sonra, əlbəttə ki, onu təbrik etdim, axı futbol belədir ki, kimsə qalib gəlir, kimsə uduzur. Əlavə edim ki, biz mövsümün ilk oyununda qalib gəlməyi çox istəyirdik, lakin alınmadı.

- İndi komandaya bu məğlubiyyəti tez unutmaq və irəliyə doğru addımlamaq lazımdır.

- Təbii, komanda bunu etməyi bacarmalıdır. Bizə bu məğlubiyyətdən qısa zaman ərzində uzaqlaşmaq və yeni fikirlərlə növbəti oyunlara yanaşmaq lazımdır.

- İkinci turda “İnter”i “Qəbələ”nin timsalında daha bir təhlükəli rəqib gözləyir. Bu səfər oyunu barədə nə düşünürsünüz?

- “Qəbələ” güclü komandadır. Onlar bizim birbaşa rəqiblərimizdən biridir. “Qəbələ” eynilə “Qarabağ” kimi, Azərbaycanda ən ambisiyalı komandalardan biridir və onlarla oyunda bizə asan olmayacaq. Lakin bu komandaya qarşı oyunda vacib olan nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail