"Simurq" məşqləri bərpa etdi

06.08.2013 | 3504 dəfə oxunub

Premyer Liqanın 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı 2:0 hesabı ilə məğlub edən "Simurq", bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Stadium.az xəbər verir ki, növbəti turun hazırlıqlarına start verən komandanın dünənki məşqi 1,5 saat davam edib. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Bundan sonra isə məşqə başlanılıb. Qaçış və isinmə hərəktlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib, qısa və uzun ötürmələr, cinahlardan asmaların qapanması məşq edilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.

Qeyd edək ki, "Simurq" növbəti turda Lənkərana səfər edəcək. Zaqatala təmsilçisi avqustun 11-i saat 20:00-da "Xəzər Lənkəran"la görüşə çıxacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

20.05.2020

19.05.2020

01:09  "Verder" - "Bayer" - 1:4 VİDEO

18.05.2020

17.05.2020

13:07  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ