"İnter" Çempionlar Liqasında mübarizə aparacaq

09.08.2013 | 6351 dəfə oxunub

2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Stadium.az xəbər verir ki, bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudur. Bu il ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” yarışında Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək. Ayın 12-də komandamız Antalyaya yollanacaq. Həmin axşam turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.

Qeyd edək ki, "İnter"dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin "Qalatasaray" və "Antalyaspor", Bolqarıstanın "Slaviya", Makedoniyanın "Vardar" və Gürcüstanın "Dinamo"(Tbilisi) komandaları mübarizə aparacaq.

Əlavə edək ki, baş məşqçi Vaqif Hidayətovun komandası turnirə 16 futbolçu ilə yollanacaq.

Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliedici yerlər uğrunda mübarizə aparacaq.

Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail