Emenike: "1 gün "Fənərbaxça"ya qayıdacağımı bilirdim" Müsahibə

10.08.2013 | 4806 dəfə oxunub

Çempionlar Liqasında yoluna inamla davam edən "Fənərbaxça" həftə arası həm də yeni transferini reallaşdırdı. Stadium.az xəbər verir ki, əslində bu keçidə tam olaraq yeni adını vermək də düzgün deyil. Çünki Emanuel Emenikeni "Fənər" üçün yeni oyunçu saymaq olmaz. Nigeriyalı forvard sonuncu klubu "Spartak"a elə "Fənərbaxça"dan keçmişdi. Moskvanı tərk etməmişdən öncə isə Emenike "Spartak"ın saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

- Artıq "Spartak"ı tərk edib, "Fənərbaxça"ya üz tutursunuz. Keçidinizi necə şərh edə bilərsiniz?

- "Spartak"da unudulmaz iki il keçirdim. Burada həqiqətən də çox xoşbəxtəm idim. Komandadakı hər kəslə - futbolçularla, məşqçilərlə, rəhbərliklə, klubun texniki işçiləri ilə münasibətim əla idi. "Spartak"ın azarkeşlərinə isə söz ola bilməz. Onlar xüsusidirlər. Əminliklə söyləyirəm ki, Rusiyadakı ən yaxşı fanatlar məhz "Spartak"ın azarkeşləridir. Burada keçirdiyim illəri heç vaxt unutmayacağam, həyatımın sonunacan xoş xatirə kimi yadda saxlayacağam. İndi isə getmək vaxtıdır. Yenidən "Fənərbaxça"ya - keçmiş klubuma geri dönürəm. Sözün açığı, daxilimdə bilirdim ki, 1 gün yenidən "Fənərbaxça"ya qayıdacağam. 

- "Spartak"ı hansı hisslərlə tərk edirsiniz?

- Komandada olduğum müddətdə yalnız xoş hisslər keçirmişəm. Bir futbolçu kimi "Spartak"da çox inkişaf etdim. Oyunçu keyfiyyətlərimi daha da yaxşılaşdırdım. Buna görə də komandadakı hər kəsə təşəkkürümü bildirirəm. İnkişaf etməyimdə məşqçilər korpusunun böyük rolu oldu. Onların dəstəyi olmasaydı, bu qədər irəli gedə bilməzdim. Bundan sonra Türkiyədə çıxış edəcəyəm. İnanıram ki, orada da böyük uğurlar qazanacağam.

- "Spartak"ın baş məşqçisi Valeri Karpinlə münasibətləriniz necə idi? Bir müddət əvvəl verdiyi açıqlamada Karpin bildirmişdi ki, sizə öz oğlu kimi münasibət göstərir...

- O həm əla mütəxəssis, həm də əla insandı. Mən də deyə bilərəm ki, Karpin mənə ata kimi olub. O daim məni dəstəkləyib. Həqiqətən də mənimlə öz oğlu kimi rəftar edirdi. Onunla münasibətlərimiz çox gözəl idi. Heç vaxt aramızda hansısa problem yaşanmayıb. Onunla birgə çalışmaqdan daim qürur duymuşam. Karpin yaxşı məşqçidir. Ona gələcəkdə uğurlar arzulayıram. İnanıram ki, bu mövsümdən etibarən Karpin böyük uğurlar qazanacaq. O hələ yolun başlanğıcındadır. Bir sözlə, Karpin əla, ünsiyyətcil insandır. Yəqin ki bu sözlərimi onunla işləyən hər bir futbolçu təsdiqləyə bilər.

- Sonuncu qolunuzu Krasnodarda vurdunuz. Demək olar ki, bu, azarkeşlərə vida hədiyyəniz idi?

- Hə, yəqin ki bu qolu "ağ-qırmızılı" fanatlar üçün vida hədiyyəsi hesab etmək olar (gülür). Əslində həmin vaxt keçidim hələ dəqiqləşməmişdi. O zaman tam olaraq "Fənərbaxça"ya qayıdacağımı bilmirdim. Yeri gəlmişkən, onu da deyim ki, "Kuban" mənim ən sevimli komandalarımdan biridir: axı onlara demək olar ki hər oyunda qol vurmuşam (yenidən gülür). Odur ki, bir gün nə vaxtsa bura qayıdası olsam, bu cür xoş ənənələri davam etdirmək lazımdır.

- "Spartak"dakı karyeranız zamanı hansı qolunuz sizin üçün daha yaddaqalan olub?

- Adətən futbolçular bu cür sullara cavab verərkən ya ilk, ya da sonuncu qollarını qeyd edirlər. Amma mənim üçün unudulmaz qol ÇSKA-ya vurduğumdur. O zaman uzaqdan qapıya zərbə endirdim və gözəl qol alındı. Bu qol sayəsində hesabı bərabərləşdirməyə müvəffəq olmuşduq.

- Qolu dediniz, bəs ən yaddaqalan oyun kimi hansını fərqləndirə bilərsiniz?

- Bu baxımdan da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Nouk Kamp"da "Barselona"ya qarşı keçirdiyimiz matçı qeyd edərdim. Həmin oyunda fantastik çıxış etmişdik. Layiqli mübarizə aparmağımıza baxmayaraq, sonda meydanı məğlub qismində tərk etdik.

- Son olaraq, "Spartak"ın azarkeşlərinə nə demək istərdiniz?

- Daim göstərdikləri fantastik dəstəyə görə onlara minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, bu cür möhtəşəm fanat ordusu olan komandada forma geydim. Burada bəzən elə məqamlar olurdu ki, heç inanmağım gəlmirdi. Xüsusən də səfər oyunlarında. Rəqib meydançamızda çıxış etməyimizə baxmayaraq, fanatlarımız staduionda elə ab-hava yaradırdılar ki, sanki öz meydanımızda çıxış edirik. O cür futbolu sevən insanlar üçün meydanda mübarizə apardığıma görə fəxr edirəm.


Hazırladı: ŞAHİN



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail