Kamerunlu futbolçu rəsmən "Rəvan"da

11.08.2013 | 6001 dəfə oxunub

"Rəvan" növbəti transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, komanda Mişel Patrik Balokoq Nak ilə 1 illik müqavilə bağlayıb. Mişel Balokoq mərkəz xavbekidir. O həm dayaq yarımmüdafiəçisi, həm də hücumameyilli xavbek kimi oynaya bilir. Sentyabrda 27 yaşı tamam olacaq Mişel vətənində "Kotonsport”un şərəfini 3 mövsüm qoruduqdan sonra Avropaya – Sloveniyaya transfer olunub. Burada isə 1 il 7 ay ərzində "Domjale”nin uğurları üçün çalışıb. Vətənində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olan Mişel Sloveniya klubunda son mövsümdə 14 oyunda meydana çıxıb və bürünc medallara sahib çıxıb. O, 2011-ci ildə Kamerun millisinin heyətində Afrika Millətlər Çempionatında da iştirak edib. Mişel "Rəvan"a keçidini belə şərh edib: "Həyatımda müəyyən dəyişiklik etmək, klubu, şəraiti dəyişmək istəyirdim. Çünki sabiq klubumda müəyyən problemlərim var idi. Zədələnəndən sonra baş məşqçi məni oynatmırdı. "Domjale” ilə hələ 1 illlik müqaviləm var idi. Ancaq rəhbərliklə danışıb qarşılıqlı razılıq əsasında yolları ayırmaq qərarına gəldik. Belədə "Rəvan”ın təklifi məni lap razı saldı. Sloveniya toplanışında az da olsa, iştirak etdim və komanda haqda müəyyən təsəvvürüm var idi. Ona görə də "Domjale” rəhbərliyindən məni buraxmalarını xahiş etdim. Azərbaycanda karyeramın yeni səhifəsini açıram. Ümidvaram ki, hər şey gözlədiyimdən də yaxşı olacaq. Artıq qarşıdakı oyunda meydana çıxmaq istəyirəm. Bir neçə gündür komanda ilə birgə məşq edirəm, özümü baş məşqçiyə göstərməyə çalışıram. Özümü oynamağa hazır sayıram və baş məşqçidən şans gözləyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail