Syomin "Qəbələ"də ilkə imza atdı

13.08.2013 | 4985 dəfə oxunub

"Qəbələ” tarixində 3-cü dəfə Premyer Liqaya ardıcıl 2 qələbə ilə başladı. Stadium.az xəbər verir ki, ilk turda “Bakı” ilə səfər oyununda 2:1 hesabına sevinən Yuri Syominin yetirmələri bu dəfə “İnter”i 3:2 hesabı ilə üstələdi. Mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən ikisini xalsız qoyan komanda hər 2 qələbəsini əzmkarlıqla əldə edib. Belə ki, bu matçlarda hesabı rəqib futbolçuları açıb.

İndiyədək “Qəbələ” daha 2 dəfə mövsümün ilk 2 oyununda xal itirməmişdi. Sonuncu belə hadisə 5 il əvvəl yaşanıb. 2007/08 mövsümündə “Standard”ı 1, “Bakı”nı 2 cavabsız qolla keçən “qırmızı qaralar” növbəti çempionatda 2 böyükhesablı qələbə qazanmışdı. Həmin vaxt “Muğan” 4:1, MOİK 3:0 hesabı ilə məğlub edilmişdi.

Syomin isə klub tarixində ilk baş məşqçidir ki, onun rəhbərliyi altında debütdəki 2 oyun 6 xalla başa çatır. “Qəbələ”nin tarixində heç bir çalışdırıcı bu postdakı ilk 2 oyununda ardıcıl qələbə görməmişdi.

“İnter”lə matçda 3 qol vuran “Qəbələ” sonuncu dəfə 2012-ci ildə - ötən mövsümün XIV turunun “Rəvan”la səfərdə keçirilən oyununda 3 qol vurmuşdu – 3:1. Bundan sonra isə 19 matçda “qırmızı-qaralar” 2-dən artıq qol vura bilmirdi. Komandanın öz meydanında məhsuldarlıq göstərməsi isə ötən il avqustun 26-da qeydə alınıb. Həmin vaxt “Sumqayıt” 4:1 hesabı ilə məğlub edilmişdi. Bundan sonra 15 matç idi ki, azarkeşlər 2-dən artıq qolun sevincini yaşamırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail