"Məşqçilər lazım bilsələr, növbəti turda meydana çıxa bilərəm"

14.08.2013 | 5434 dəfə oxunub

Mövsümlərarası fasilədə dizindən əməliyyat keçirmiş "Sumqayıt" Futbol Klubunun kapitanı Samir Abasov zədəsini sağaldaraq məşqlərini davam etdirir. Stadium.az xəbər verir ki, komandanın çıxışı haqqında və zədəsindən danışan adıçəkilən futbolçu klubun rəsmi saytına danışıb: "Bildiyiniz kimi, bir müddət əvvəl Rusiyada dizimdən əməliyyat olundum. On günlük istirahətin ardından yüngül məşqlərə başladım. Artıq bir həftədir ki, komanda ilə birgə hazırlışıram. İndi özümü yaxşı hiss edirəm. Bərpa prosesini tamamlamaq üzrəyəm. İnşallah məşqçilər lazım bilsələr növbəti turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxa bilərəm. Düzdür, hələ tam hazır deyiləm, amma tez bir zamanda əvvəlki formamı bərpa edəcəyəm".

Abasov arxada qalan iki turu dəyərləndirməklə yanaşı gələcək üçün nikbin danışıb: "Mövsüm öncəsi bir çox problemlərlə üzləşdik. Komanda tam heyətlə hazırlaşa bilmədi. Hətta Gürcüstandakı təlim-məşq toplanışına da tam heyətlə getmədik. Amma buna baxmayaraq, komanda mövsümün ilk turunda "Xəzər Lənkəran"la oyunda yaxşı təsir bağışladı. Həmin görüşdə qələbə qazanmağa yaxın olsaq da, təcrübəsizliyin qurbanı olduq. Heyətdə yer alan futbolçuların böyük əksəriyyəti cavanlardır. Onlara bir qədər vaxt lazımdır. "Qarabağ"la görüşdə isə çox pis oynadıq nəticədə məğlub olduq. Düşünürəm ki, zədəli futbolçular sıraya döndükdən sonra və cavanlar bir-iki tur bir yerdə oynadıqdan sonra vəziyyət yaxşılaşacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail