Hafiz Məmmədovdan ŞOK sözlər: "Heç kim Pantiçə torba tikə bilməz" MÜSAHİBƏ

15.08.2013 | 9050 dəfə oxunub

"Bakı" klubunun prezidenti Hafiz Məmmədovun Stadium.az saytına müsahibəsi:

- Hafiz müəllim, elə başlayaq "Lans"dan...

- Əvvəlcə onu deyim ki, "Lans"la da klub almaq məsələsi bitdi. Bundan sonra başqa klublarla ancaq əməkdaşlıq ola bilər. "Lans"ı aldıq və bununla da əsas işi yerinə yetirdik. Daha "Land Of Fire Azerbaijan" kimi layihələr başa çatdı. Düzdü, kimsə buna nəsə deyə bilməz, ancaq belə qərara gəldik. Bu loqonu reklam edən artıq var, daha ehtiyac yoxdu hər yerdə yaymağa. Əslində bu da birində olmalı idi. "Lans" bizim daha əvvəlki layihəmiz idi, sadəcə "Atletiko" qabağa düşdü. Sizə deyim ki, "Lans" "Atletiko"dan zəif klub deyil, tarixi baxımdan. "Lans"ın Monakoda çox böyük hörməti var. Birinci oyununda 35, kubok oyununda isə 21 min azarkeş vardı stadionda. Monakoda insanlar "Monako" yox, "Lans" deyirlər. Klubun azarkeşləri Avropada əvəzedilməzdirlər. Onlar Fransada birincidirlərsə, Avropada da öndə gedən fanat qruplarındandır.

- Niyə məhz "Lans"?

- Biz sadəcə səhv etmək istəmədik. Və düşündük ki, "Lans" ən yaxşı seçimdir. Həm çox böyük tarixə sahibdirlər, həm də klubu aldığımız qiymət bizə sərf edirdi. "Porto" mənim üçün köklü klub sayılmır. Çox yaxşı klubdur, amma böyük tarixi yoxdur. Fransa böyük tarixə malikdir və nüfuzları da öz yerindədir.

- Bəs "Porto"?

- "Porto"yla da söhbətlərimiz gedir, ancaq bu,  əməkdaşlıq çərçivəsin aşmayacaq. İndi onlar bizim cavabımızı gözləyir. Əməkdaşlığımız böyük ölçüdə ola bilər, amma sponsorluq olmayacaq. Yəni bunu siyasətlə qarışdırmayacağıq. Fransada isə vəziyyət başqa idi. İndi fransadakı ermənilər ortaya söhbət atıblar ki, "Lans"ın stadionunda Azərbaycan bayrağı dalğalanacaq deyə, onlarda futbola erməni bayraqlarıyla gələcəklər. Nə olsun? Kimsə öz bayrağını qoluna baqlayıb gətirəcəksə, üç rəngli bayrağımız onların başının üstündə dalğalanacaq. Hətta indi bəzi klublar birləşərək bizi elə aşağı liqada saxlamağa çalışırlar.

"Nə üçün hansısa taxtabaş erməni Avropa səhnəsinə çıxır, amma bizim futbolçu yox?"

- Yəni sizə qarşı artıq qruplaşma var?

- Mənə qarşı yox, Azərbaycana qarşı. Bizim bu klublarla bağlı planlarımız var. Qarşıdakı müddətdə hər il "Lans" və "Atletiko"ya 10 uşaq gedəcək. Orada həm təhsil alacaqlar, həm də futbol sirlərinə yiyələnəcəklər. Bunun üçün mən hər uşağa görə o klublara 16-18 min avro arası pul ödəyəcəm. Mən bunu futbolumuzun inkişafı üçün edirəm. Nə üçün hansısa taxtabaş erməni Avropa səhnəsinə çıxır, amma bizim futbolçu yox? Bizdə çalışırıq bunları gerçəkləşdirək.

- İndi Fransada iddialı klubların sayı çoxalıb. PSJ, "Monako". Sizin də belə fikiriniz varmı?

- Əlbəttə. Bu klub buna layiqdir, qanında var. Sadəcə bu klub problemlər üzündən aşağı liqaya düşüb, ən qısa zamanda öz nüfuzun geri qaytaracaq.

- Bu klublara Azərbaycandan futbolçular getməlidi idi...

- Artıq seçilib. Adlarını deməyim yaxşı çıxmır, amma "Lans" klubu düşərgəsinə aparmaq istədiyi futbolçuları müəyyənləşdirib.

- Bəlkə kimlər olduğunu deyəsiz?

- Deyim də, Kamran Ağayev, Cavid Hüseynov və Əfran İsmayılov. Amma baş məşqçimiz Pantiç bu futbolçulardan heç birinin komandadan getməsinə razılıq vermədi. Baş məşqçi dedi ki, hər üç oyunçudan xoşu gəlir və getmələrini isdəmir.

- O zaman ola bilərki, başqa klublardan futbolçu getsin?

- Onu deyə bilmərəm, çünki fransızlar bunları seçmişdi. Sizə bir xəbər də deyim, bir futbolçumuz "Atletiko"ya gedəcək, əsas komandaya. Mahir Mədətov isə bir müddət "Atletiko"nun B komandasında çıxış edəcək. Bu barədə "Atletiko" bizə tam razılıq verib və məktubda yollayıblar.

"Bizə "Çarlton" və "Sanderlend" kimi klubları təklif etmişdilər"

- Söhbət əsnasında belə başa düşdüm ki, bəzi insanlar sizin "Atletiko" və "Lans" işlərinizə qısqanclıqla yanaşır...

- Buna qısqanclıq deməzdim. Sadəcə deyərdim ki, bizdə əlaqələr zəifdi və onlar düşünürlər bu ancaq "Bakı"nın işidir. Ancaq bu Azərbaycan üçün gördüyümüz işdir. Sizə adi bir məsəl deyim. Biz "Atletiko" ilə müqavilə bağlayanda ora elə bəndlər salmışıq ki, hətta komandalar meydana çıxanda futbolçuların əlindən tutan 22 uşaq da azərbaycanlı ola bilər, əgər biz isdəsək. O qədər detal var. Ürəyimiz isdəyən vaxt gedib onların stadionunda turnir də keçirə bilərik. Bunların hamısı mənim deyil ki, Azərbaycan futbolu üçün etmişik də. Mə indi də sevinirəm ki, bu işləri görəndə qərarı düzgün vermişəm.

- Ola bilər ki, sizi qarşıdakı vaxtlarda başqa bir ölkə klubunda görək. Məsələn, İngiltərədə?

- Ola bilər, niyə olmur ki, bu söhbət hətta çoxdan var. Amma bizə iş görmək lazımdır. Mənə Maradonanı da təklif etmişdilər. Ancaq kameraya işləmək üçün kimisə bura ətirmək kimi bir fikirim yoxdur. Məsələn, bizə "Çarlton" və "Sanderlend" kimi klubları təklif etmişdilər.
"Lazım olsa Gəncə stadionunu təmir etdirəcəyik, yeni baza yaradacağıq"

- Artıq "Gəncə"yə də siz baxacaqsız?

- Gəncə futbolla nəfəs alan bir yerdir. Biz də istədik oradakı futbola diqqət və qayğımızı əsirgəməyək. Buna görə şirkətlərimizdən biri olan Azərinşatı bu kluba sponsor olaraq yönləndirdik. Lazım olsa Gəncə stadionunu təmir etdirəcəyik, yeni baza yaradacağıq. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir fə burda futbol həmişə olub. Futbola pul xərcələyən kisəsinin ağzın tam açmalıdır. Yoxsa büdcəni kəsməklə futbolu inkişaf etdirmək olmaz.

- "Bakı"da vəziyyət necədir? Bir müddət əvvəl klubda hamının isdefasın isdəmişdiz?

- Mən bunu demişəmsə sona da çatdıracam. Sadəcə vaxta ehtiyac var. Yaxın günlərdə klubdakı təyinatları rəsmiləşdirəcəm. "Bakı"da avara-avara işlərlə məşğul olanlar çoxdur. Mən o klubda milyonlarla pul xərcləmişəm, amma heç o inşa edilən yerlərə normal baxmırlar.

"Məğlubiyyətlərə görə qəti məyus olmadım"

- Bəs klubdakı idarə heyəti?

- Əlbəttə, yaradacam. Biz bu məsələdə daha çox İngiltərə nümunəsindən yararlanacağıq. Bu da çox uzun söhbət olduğu üçün sözçülük etməyəcəm (Hafiz Məmmədov yaradacağı idarə heyətini planlı şəkildə bir rəsm çəkərək orada bəndənizə anladır).

- İlk iki turda komanda məğlub oldu...

- Bu məğlubiyyətlərə görə qəti məyus olmadım. Çünki futbolda o qədər yaxşı işlər görürüəm ki, o adrenalini digər işlərdən alıram. O işlər olmasa qapanacaqdım "Bakı"ya və qanım qaralacaqdı. Mən Pantiçi ruhdan sala bilmərəm, onunla söhbətim olub. Gəlin 2 oyunla qərar verməyək. Mən Pantiçə də dedim ki, mətbuatı qəti olaraq izləməsin. Dedim ki, ona heç kim qəzet verməsin. O, çox peşəkar klub yaradıb.

- Onda belə deyək də, Pantiçə etimad limiti nə vaxt başa çata bilər?

- O, bura müqavilə ilə gəlməyib. Pantiç bizə kömək etmək üçün gəlib. Nə vaxtda isdəsə özü çıxıb gedəcək. Pantiç bura pula görə gəlməyib. Pantiçin "Bakı"dan aldığı pul Bandoviçin də, Starkovunda aldığı puldan azdır. Mənə gəlib dedi ki, xahiş edirəm futbolçuların pulun gecikdirməyim. Yəni hamının işiylə maraqlanır. Mən hətta ona dedim ki, kimi isdəsə komandadan qova bilər, lap isdəsə hamısın. Məsələn, ilk gündəcə bizə dedi ki, Rəşad Abdullayevi, Famenkonu isdəmir. İndi də Rubio Marionu isdəmir.

- Qorxmursuz ki, Pantiçə torba tikilə? Çünki o bir çox futbolçunu komandadan göndərə bilər...

- Yox, bu, baş verə bilməz. Heç kim Pantiçə torba tikə bilməyəcək. Çünki nə etsələr son qərarı mən verəcəm. O qərar da olmayacaq. Pantiç ən azı bir burda olacaq. Biz onunla elə razılaşmışıq ki, getmək lazım olanda biz bunu özünə deməyəcəyik, özü gedəcək.

- Son zamanlar Yaşar Seyidovun "Bakı"dan gedəcəyiylə bağlı xəbərlər dolaşır?

- Yaşar Seyidov "Bakı"nı sevən insandır və bu komandanın bir üzvüdür. Nə qədərki mən burdayam, Yaşar Seyidovda "Bakı"da olacaq. Kim nə yazır yazsın, bu, heç nəyi dəyişməyəcək.

Söhbət etdi: Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail