Dodo: "Komandamın 3 xal qazanması mənim fərdi uğurumdan daha önəmlidi"

16.08.2013 | 4946 dəfə oxunub

Premyer Liqanın III turu çərçivəsində avqustun 19-da "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu günə kimi sözügedən rəqibə qarşı keçirilən 4 oyunun nəticəsinə nəzər salsaq, "Sumqayıt"ın "Qəbələ" üçün düşərli rəqib olduğunu söyləyə bilərik: 4 görüş, 4 qələbə. Ümumilikdə "qırmızı-qaralar" "Gənclik şəhəri" təmsilçisinin qapısından 10 top keçirib ki, bunun da 2-sinə Dodo imza atıb. Adıçəkilən komanda həm də Dodonun "Qəbələ" forması ilə qapısına yol tapdığı ilk kollektivdir. Bu mənada "Sumqayıt"ın Dodo üçün xüsusi yaddaqalan rəqib olduğunu söyləmək olar. Futbolçu gabalafc.az-a açıqlamasında bu fikri təsdiqlədi: "Sumqayıt" "Qəbələ" karyeramda qapısına yol tapdığım ilk komandadır. Bu baxımdan sözügedən rəqib və qol xüsusi yadımda qalıb. Ümumiyyətlə, "Sumqayıt"la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldır kı, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq".

Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirdi: "Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi mən də istəyirəm ki, bu matçda fərqlənim. Amma "Qəbələ"nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram kı, kollektiv olaraq növbəti qələbə hədəfimizə nail olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail