"Qəbələ" yeni sponsorla əməkdaşlığa başlayır

17.08.2013 | 4494 dəfə oxunub

“Qəbələ” İdman Klubu ilə “Pepsi Cola Azerbaijan” arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İdman Klubunun  bütün futbol komandaları 2013-2014 mövsümündə üzərində “Pepsi” reklamı əks olunan formalar geyinəcək. Stadium.az xəbər verir ki, “Pepsi” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək.

Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

“Pepsi Cola Azerbaijan” şirkətinin satış və marketinq müdiri Azər Cəfərov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirdi:“İdman və xüsusilə, futbol “Pepsi” üçün yad sahə deyil. Hamıya məlumdur ki, “Pepsi” bugünə qədər bir çox mötəbər beynəlxalq yarışın sponsorlarından olmuşdur. Azərbaycanda bu fəaliyyətə “Qəbələ” İdman Klubu ilə başlamağımız da təsadufi deyil. Xüsusən, “Qəbələ” klubunun uşaq futboluna göstərdiyi qayğının şirkətimizin sosial məsuliyyət fəaliyyəti ilə səsləşməsi diqqətimizi cəlb etdi. Müqavilə hələlik bir illik imzalandı. Amma əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”.

“Qəbələ” İdman Klubunun Media və Marketinq meneceri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən:“Pepsi Cola” kimi qlobal bir brendlə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki bizim əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə səbrlə və doğru addımlarla çatmaq vacibdir. Şübhə yoxdur ki, bu əməkdaşlıq bu yolda bizə böyük bir təkan verəcək”, - dedi.

Xatırladaq ki, “Qəbələ” futbolçuları ötən 3 mövsüm ərzində də meydançaya  bir digər qlobal brend  - “Hyundai” reklamlı formalarla çıxmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail