"Xəzər Lənkəran" PFL və hakimlərə xəbərdarlıq etdi

19.08.2013 | 4957 dəfə oxunub

"Xəzər Lənkəran" klubu dünən Premyer Liqanın III turu çərçivəsində "Qarabağ"a qarşı baş tutan görüşün baş hakimi Rəhim Həsənovun idarəçiliyindən narazı qalıb. Stadium.az xəbər verir ki, bununla bağlı bir qədər əvvəl klubun rəsmi saytında ”Xəzər Lənkəran” Futbol Klubu etiraz edir" başlıq xəbər yer alıb. Həmin xəbəri olduğu kimi təqdim edirik:

"Premyer Liqanın 3-cü turu çərçivəsində oynanılan "Qarabağ" - "Xəzər Lənkəran" qarşılaşması ən çox aşağı səviyyəli hakim idarəçiliyi ilə yadda qaldı. Baş hakim Rəhim Həsənovun oyun ərzində yanlış və bir qayda olaraq qonaq komandanın əleyhinə yönələn qərarları qarşılaşmanın nəticəsinə də təsirsiz ötüşmədi. İlk qolun vurulmasından öncə təyin olunan cərimə zərbəsində, oyunun gedişatında Sadio Tounkaraya qarşı edilən kobudluqlara göz yumulmasında hakimin oyunu düzgün şəkildə idarə etmədiyini tam aydınlıqla müşahidə etmək mümkündür. İkinci hissədə "Xəzər Lənkəran"ın qapısına təyin olunan penalti isə ümumiyyətlə heç bir əsas olmadan verilən bir qərardır. Bütün bunların oyunun videoyazısında da görmək mümkündür.

Oyundan dərhal sonra "Xəzər Lənkəran" baş hakim Rəhim Həsənovun idarəçiliyi ilə bağlı bütün narazılıqları oyunun protokoluna qeyd etdi.

"Xəzər Lənkəran" Futbol Klubu adıçəkilən oyundakı hakimliyə etirazını bildirir. Premyer Liqa oyunlarında bu səviyyəli idarəçiliyin olması yolverilməzdir. Komandanın hazırkı dönəmdə istədiyi oyunu göstərə bilməməsi, son nəticələrinin aşağı olması və bunlardan irəli gələn digər müvəqqəti problemlər olsa belə, heç kim "Xəzər Lənkəran"ın bu durumundan öz məqsədləri üçün istifadə edə bilməz, heç kim komandanın çətin günündə onu bir qədər də çətin vəziyyətə salmaq iqtidarında və ixtiyarında deyil. "Xəzər Lənkəran" FK baş verənlərlə əlaqədar Peşəkar Futbol Liqası və Hakimlər Komitəsinə ciddi xəbərdarlıq edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail