"İnter" - AZAL matçının mübahisəli epizodları VİDEO

20.08.2013 | 4551 dəfə oxunub

"Xəzər Lənkəran" və "Neftçi"nin ardınca "İnter" də son turdakı hakim idarəçiliyindən narazı qalıb. Klubun rəsmi saytında yer alan xəbəri olduğu kimi təqdim edirik:

Məlum olduğu kimi, Premyer Liqanın 3-cü turunda “İnter” “Şəfa” stadionunda AZAL komandasını qəbul etdi.

Bu görüş komandamızın 1:2 hesablı məğlubiyyətilə başa çatdı. Lakin bu məğlubiyyət bir çox hallarda matçın baş hakiminin birmənalı olmayan qərarlarının nəticəsində baş verdi.

“İnter”-AZAL matçında referinin qonaq komandanın xeyrinə təfsir etdiyi mübahisəli epizodlarıyla sizi tanış etmək istəyirik.

1.Qonaqların vurduqları birinci qolda eyni anda iki qayda pozulmuşdu. Öncə qonaqların futbolçusu “İnter”in qapıçısı Giorgi Lomayanın qapıçı sahəsinə kobud şəkildə hücum etdi, ancaq məlum olduğu kimi, qapıçı sahəsində qolkiperə istənilən təmas qayda pozuntusu kimi qiymətləndirilir. AZAL-ın futbolçusu topa toxunan anda komandanın digər oyunçusu Viktor İbekoi topu qapıya yönəltdi, lakin aydın görünür ki, G.Lomaya ilə mübarizə aparan futbolçu tərəfindən top ona ünvalanan zaman V.İbekoi oyundankənar vəziyyətdə idi. Beləliklə, qonaqlar bir hücumda iki dəfə qaydanı pozmuşdular, ancaq bütün bunlar hakimə qolu qeydə almasına mane olmadı.

2.Birinci hissənin gedişində AZAL-ın cərimə meydançasında daha bir mübahisəli epizod yadda qaldı. Belə ki, Baçana Tsxadadze başıyla topu Vaqif Cavada ötürdü, futbolçu topu saxlamağa və dönməyə çalışdı, lakin qonaqların müdafiəçisi sözün tam mənasında onun qolundan yapışdı və bir neçə saniyə sonra V.Cavadovu yerə sərdi. Ancaq bu epizoddan təqribən 10 metr uzaqlıqda olan hakim buna hər hansı bir reaksiya göstərmədi.

3.Vaqif Cavadovla bağlı daha bir epizod ikinci hissədə baş verdi. “İnter”in futbolçusu sol cinahdan keçdi, sonrasa topu rəqibin cərimə zərbəsinə ötürdü, lakin AZAL-ın oyunçusu əlinin köməyilə ötürmənin qarşısını aldı. Bu dəfə də hakimin fiti susdu. Bu epizodda hakim doğru mövqe tutmamışdı və ədalət naminə demək lazımdır ki, o, həmin epizodu çətin dəqiq qiymətləndirə bilərdi. Bununla belə, bu, ona bəraət qazandırmır.

4.İkinci hissəyə əlavə edilmiş vaxt gedir. AZAL-ın qapıçısı çıxışda ayağını dizinə qatlayaraq önə çıxarmışdı. Bu hərəkətilə qapıçı komandamızın futbolçusu İvan Benitesə ciddi xətər yetirə bilərdi. Yəqin 2001-ci ildə, “İnter”-“Bakı” komandaları arasında keçirilən matçda Giorgi Lomayanın eyni hərəkətinə görə qapımıza penalti təyin edilməsini xatırlayırsınız. O zaman bəzi futbol mütəxəssisləri və hakimlər qapıçımıza çıxışda doğru oynamağı öyrədirdilər. Maraqlıdır, indi onlar bu epizodla bağlı nə deyəcəklər?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail