2 futbolçu "Rəvan"dan uzaqlaşdırıldı

20.08.2013 | 4728 dəfə oxunub

Premyer Liqada mövsümə uğursuz start verən "Rəvan” Futbol Klubu həftəsonu çempionatın 3-cü turu çərçivəsində "Bakı”ya böyükhesabla yenildikdən dərhal sonra yeni baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə "əl gəzdirmək” izni də verib.

Bu gün isə təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın "sükan”ını idarə edən Qədirov məşqlərdə və konkret "Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Daha doğrusu, hər iki futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.

"Rəvan” FK adıçəkilən futbolçulara gələcək karyeralarında uğurlar arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail