TFF Terimlə danışıqlara başladı

21.08.2013 | 3277 dəfə oxunub

Abdulla Avcının gedişindən sonra boş qalan Türkiyə millisinin baş məşqçi postuna ən real namizəd "Qalatasaray"ın çalışdırıcısı Fatih Terimdi. Stadium.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən bu gün səhər saatlarında öz evində Terimlə görüşüb. Görüş haqda ətraflı məlumat verilmir. İlkin xəbərlərə görə, tərəflər görüşdən razı qalıblar. Bu gün axşam saatlarında, ən geci sabah tərəflərin yenidən bir araya gələcəkləri, həmçinin budəfəki görüşdə "Qalatasaray" prezidenti Ünal Aysalın da iştirak edəcəyi vurğulanır.

"Cim-Bom"un başqanı da bu haqda açıqlama verib. Aysal qeyd edib ki, bu gün axşam saatlarında üçlü görüşdə həm Federasiya, həm də "Qalatasaray" tərəfi öz istəklərini bəyan edəcək, eləcə də Terimin fikirləri dinləniləcək. Aysal indi hər kəsi maraqlandıran məsələyə - Terimin eyni anda həm millini, həm də "Qalatasaray"ı çalışdırması ilə bağlı suala konkret cavab verməyib. Aysal bildirib ki, "Qalatasaray" qarşısına dünya səviyyəli klub olmağı mqəsdəq qoyub. Bununla belə, Türkiyə millisinə görə müəyyən güzəştə də gedə bilərlər. Bir sözlə, Aysal bütün suallara üçlü görüşdən sonra aydınlıq gələcəyini deyib.   

Fatih Terim isə "Qalatasaray" ailəsinin üzvü olduğunu, bundan qürur duyduğunu qeyd edib.

  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail