"Simurq" "Bakı" ilə oyuna "Şəfa"da hazırlaşır

21.08.2013 | 3670 dəfə oxunub

"Simurq" "Bakı" ilə oyuna "Şəfa"da hazırlaşır

"Simurq" "Bakı"yla oyunun hazırlıqların davam etdirir

Premyer Liqasının növbəti turunda "Bakı"nı qonaq edəcək "Simurq" bir günlük istirahətdən sonra hazırlıqlara start verib. Stadium.az xəbər verir ki, dünən axşam saatlarında "Şəfa" stadionunda növbəti məşqinə çıxan "sarı-qaralar" iki saata yaxın davam edən çalışmalara əvvəlcə qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altnda fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirilib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında topla taktiki və texniki təmrinlər yerinə yetirilib. İkitərəfli oyunla isə hazırlıq tamamlanıb.

Bir müddətdir zədədən əziyyət çəkən Rövşən Əmiraslanov artıq hazırlıqlara qoşulub. Ancaq "Neftçi"lə oyunda zədələnən Tural Axundov hələ də ayağında yüngül ağrılar hiss etdiyindən komandadan ayrı məşq edir. Onun "Bakı" ilə görüşdə meydana çıxıb-çıxmayacağı həkimlərin qərarından asılı olacaq. 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail