AFFA rəsmisi Qurban Qurbanovun millini çalışdırmasından danışdı

21.08.2013 | 4787 dəfə oxunub

Qurban Qurbanovun Azərbaycanın futbol üzrə milli komandasına baş məşqçi təyin olunması məsələsinə bu ilin sonunda baxıla bilər. Bu barədə Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun milli komandaya rəhbərlik edəcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib: "Son vaxtlar "Qarabağ" klubu kifayət qədər yaxşı oyun nümayiş etdirir, Avropa Liqasının pley off mərhələsinə yüksəlib. Qurban Qurbanov istedadlı cavan kadrdır, "A" və "PRO" kateqoriyalı lisenziyalar alıb. Lakin gözləmək lazımdır, çünki Berti Foqtsun bu ilin sonunadək müqaviləsi var və "Dünya Çempionatı-2014" seçmə mərhələsini yekunlaşdırmalıdır. Mərhələ bitəndən, müqavilə başa çatandan sonra bu məsələyə baxılmalıdır. Hər şey qanun çərçivəsində, sivil formada baş verməlidir".

R.Əliyevin sözlərinə görə, milli komandaya elə məşqçi gəlməlidir ki, yığma komanda nəticə göstərsin: "Sevindirici haldır ki, belə kadrlarımız var. Foqts artıq iki mərhələ işlədi, elə böyük nəticələrə nail olmadı. Tendensiya artıq ona doğru getməlidir ki, bizim yerli kadrlar həm klublarda, həm də yığmada olmalıdır. AFFA tərəfindən xeyli sayda praktiki kurslar həyata keçirilir. İstənilən klubdakı oyunçular düşünməlidirlər ki, onlar sabah milliyə qatılacaqlar".

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli yığma komandası "Dünya Çempionatı-2014" seçmə mərhələsində 7 oyundan sonra 4 heç-heçə edərək cəmi 4 xal toplayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail