Qurban Qurbanov: "Şaxtyor”un, Luçeksunun yolu ilə getmirəm"

21.08.2013 | 4976 dəfə oxunub

"Ayntraxt"ın məşqçilər korpusu “Xəzər Lənkəran”la oyunumuza baxmışdılar, bizimlə bir oteldə qalırdılar. Hətta məşqçilərindən biri Namiq Yusufovu görərək, tanımışdı. Demişdi ki, bu, 7 nömrənizdir". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Ayntraxt"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis "Şaxtyor"un baş məşqçisi Mirça Luçesku ilə müqayisə olunmasına belə münasibət bildirib: "Bu fikri ilə ilk dəfədir eşidirəm. Biz hər zaman axtarışdayıq. Ancaq yeri gəlsə, braziliyalı futbolçularla işləmək xarakterlərinə görə çətindir. Mən “Şaxtyor”un, Luçeksunun yolu ilə getmirəm".

Q.Qurbanov hələlik, zədələnərə sıradan çıxan Reynaldonun əvəzinə hansı futbolçuya şans vercəyini müəyyənləşdirməyib: "Vüqar da ola bilər, Muarem Muarem də. Bu gün Muaremlə məşq etdik. Sabah Vüqarla hazırlaşacağıq. Sadəcə, Nadirovun zədədən sonra hazırlıq səviyyəsini nəzərə alırıq. Ola bilər ki, Vüqarı sonradan meydana buraxdıq, sürətindən istifadə edək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail