Toşak: "Bu oyunda qazanılacaq qələbə..."

22.08.2013 | 4155 dəfə oxunub

"Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak bu gün klubun rəsmi saytına komandanın hazırlığı və qarşıdakı “Neftçi” ilə oyun haqqında düşüncələrini danışıb. Təcrübəli mütəxəssisin fikirlərini təqdim edirik:

 - “Hazırda məşqlərimiz davam edir və qarşıda bizi çox çətin bir oyunun gözlədiyini dərk edirik. “Neftçi” ilə matçın bu camiə üçün nə qədər önəmli olduğunu bütün komanda anlayır. Futbolçuların məşqlərdə daha da istəklə çalışması, gözlərində olan qələbə istəyi məni sevindirir. Bu oyunda qazanılacaq qələbə bizi uğursuzluq zolağından çıxarmaqla yanaşı komandanın özünə olan inamını da artıracaq. Buna görə də belə imkanı əldən buraxaraq azarkeşləri daha da üzməyi qətiyyən düşünmürük. Komandamız etiraf edim ki, çempionata tam hazır deyil. Qısa toplanış keçirməyimiz, toplanış zamanı bəzi futbolçuların zədələnməsi və ardıcıl səfərlər bizə müəyyən qədər problem yaratdı. İndi qətiyyən məsuliyyətdən qaçmaq olmaz və istənilən halda nəticəyə mən cavabdehlik daşıyıram. Heç kəs deməyəcək Toşak “Real”da çalışıb və filan uğuru qazanıb. Hamı deyəcək ki, Toşak “Makkabi”yə böyük hesabla məğlub olub. Yəni, futbolda son oyuna görə mühakimə olunursan. Odur ki, mənimlə birgə futbolçularımız da hər qarşıdakı oyuna daha böyük məsuliyyətlə yanaşmalıdır. Komandamıza yaxın günlərdə bir neçə futbolçu qatılacaq ki, artıq transfer pəncərəsi bağlanandan sonra biləcəyik ki, əlimizdə necə və hansı formada material var. “Qarabağ”la matçın ikinci hissəsində göstərilən oyun şəxsən məni çox ümidləndirdi. Belə düşünürəm ki, qarşıdakı günlərdə komandamız tam istədiyimiz formada olacaq!"

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail