"Simurq" sabah hazırlığı tamamlayacaq

22.08.2013 | 3896 dəfə oxunub

"Bakı"yla oyunun hazırlıqlarını davam etdirən "Simurq" məşqlərə ara vermir. Stadium.az xəbər verir ki, dünən axşam saatlarında qarşılaşmanın oynanılacağı stadionda növbəti məşqinə çıxan komanda çalışmalara qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra isə hazırlığın əsas hissəsinə keçilib. Baş məşqçi Georgi Çixradzeni rəhbərliyi altında "sarı-qaralar" paytaxt təmsilçisilə oyun öncəsi müxtəlif taktiki təmrinləri məşq edib. Cinahlardan asmaların qapanması yerinə yetirilib. Məşqin sonunda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.

"Simurq" növbəti turun hazırlıqlarını sabah tamamlayacaq. Komanda bundan sonra istirahətə çəkilərək qarşılaşmanın başlama vaxtını gözləməyə başlayacaq. "Simurq" - "Bakı" oyunu avqustun 24-ü saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq.

Qeyd edək ki, Zaqatala təmsilçisinin heyətində yalnız Tural Axundov "Neftçi" ilə oyunda aldığı zədə səbəbindən komandadan ayrı məşq edir. Onun bu görüşdə oynuyub-oynamayacağı həkimlərin qərarından asılı olacaq.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail