"Qarabağ", "Beşiktaş" və "Rubin"

22.08.2013 | 4474 dəfə oxunub

Bu gün Azərbaycan futbolunda xüsusi günlərdən biridir. Avropa Liqasında mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" qrup mərhələsinə vəsiqə uğrunda ilk pley-off matçına çıxacaq. Saat 21-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyunda komandamızın rəqibi Almaniyanın "Ayntraxt" klubu olacaq.

Ağdam klubunun Avropa səhnəsində uğurlu çıxışı komandaya olan inamı bir qədər artırıb. Təsadüfi deyil ki, axşamkı qarşılaşmada "Qarabağ"ı stadionda 30 min azarkeş dəstəkləyəcək. Komandamızda yeganə sıxıntı braziliyalı legioner Reynaldonun zədə üzündən matçı buraxmasıdır. Bununla belə, komanda oyunu göstərən "Qarabağ"dan "Ayntraxt" qarşısında da uğurlu çıxış gözlənilir. İnanırıq ki, Ağdam təmsilçisi bu dəfə də azarkeşləri sevindirəcək.

Qarşılaşma www.etopaz.az saytının proqramında "ikili oyunlar" kateqoriyasına daxil edilib.Bu dueldə "Qarabağ"ın qələbəsi 4.2, heç-heçə 3.45, "Ayntraxt"ın qələbəsi isə 1.6 əmsalla dəyərləndirilir. 

"Qarabağ" - "Ayntraxt" görüşü ilə yanaşı bu axşam Avroliqada daha 29 qarşılaşma keçiriləcək. Onlardan üçünə www.etopaz.az -da "tək" mərc etmək olar. "Təkli oyunlar"dan ilk olaraq saat 22-də "Molde" - "Rubin" matçı başlayacaq. Norveçdə keçiriləcək bu oyunda bizim futbol həvəskarlarının əksəriyyəti "Rubin"in formasını geyən həmyerlimiz Ruslan Abuşova görə məhz Tatarıstan təmsilçisinə azarkeşlik edəcək. Abuşovun bu oyunda meydana çıxma ehtimalı isə azdır. www.etopaz.az saytının tək mərc qəbul etdiyi bu qarşılaşmanın əmsalları belədir: "Molde"nin qələbəsi 3.7, heç-heçə 3.25, "Rubin"in qələbəsi 1.75.

Bu oyundan bir saat sonra - 23:00-da isə Norveçdə daha bir oyun başlanacaq. Bizim "İnter"i mübarizədən kənarlaşdıran "Tromse" ölkəmizdə kifayət qədər azarkeşi olan "Beşiktaş"ı qəbul edəcək.www.etopaz.az -da bu matça həm "tək", həm də canlı mərc etmək olar. Əmsallar isə belədir: "Tromse"nin qələbəsi 3.6, heç-heçə 3.5, "Beşiktaş"ın qələbəsi 1.7.

Proqramdakı daha bir "təkli oyun" gecə saat 12-də başlayacaq. Söhbət İsveçrədə keçiriləcək "Qrasshopper" - "Fiorentina" görüşündən gedir.Bu duel üçün www.etopaz.az -ın müəyyənləşdirdiyi əmsalları nəzərinizə çatdırırıq: Qrasshopper"in qələbəsi 2.95, heç-heçə 3.2, "Fiorentina"nın qələbəsi 2.0.

www.etopaz.az  Avroliqadakı yeganə təmsilçimiz "Qarabağ"a axşamkı oyunda uğur arzulayır. İnanırıq ki, komandamız bu dəfə də azarkeşlərini sevindirəcək.

Etropaz.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail